Sabah Bakıda bir neçə avtobusun hərəkət istiqaməti dəyişdiriləcək

avtobusun hərəkət istiqaməti, avtobus, nəqliyyat, taksi, maşın, ictimai nəqliyyat

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar təşkil ediləcək anım mərasimi ilə bağlı Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Bakı-Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 8 və 9 fevralda Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.Baki-baku.az bu barədə səhmdar cəmiyyətə istinadən xəbər verir.Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər etmək mümkündür.“Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, […]

Bakıda 41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Bakının Binəqədi rayonunun Binəqədi qəsəbəsinin Telman Kəlbiyev küçəsində kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar fevralın 3-dən işlər yekunlaşanadək T.Kəlbiyev və Zəngəzur küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.Baki-baku.az-ın xəbərinə görə, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.Bildirilir ki, məhdudiyyətlə əlaqədar 41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.Avtobuslar N.Mustafayev, G.Ramazanov, F.Qurbanlı və Xanqızı […]

62 və 217 nömrəli marşrutlar “BakuBus”a verilib

62 və 217 nömrəli marşrutlar üzrə keçirilən müsabiqədə “BakuBus” MMC qalib gəlib. Bu barədə Baki-baku.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Qeyd olunub ki, 62 və 217 nömrəli avtobus marşrutları üzrə müsabiqələr keçirilib və hüquqi şəxs “BakuBus” MMC qalib gəlib. Məlumata görə, artıq fevralın 1-dən Xətai rayonunun Nəsirəddin Tusi küçəsini Sabunçu Dəmiryol Stansiyası ilə əlaqələndirən […]

Bu il marşrut avtobuslarının sayı 2500-ə çatacaq

marşrut avtobuslarının sayı

“Bir sıra marşrutlarda avtobusların yenilənməsi həyata keçirilib”.Baki-baku.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlara dair keçirilən brifinqdə deyib.“2024-cü ildə 2160 avtobus fəaliyyət göstərib. Bu rəqəmin 2500-ə çatdırılması nəzərdə tutulur. Düşünürəm ki, bu rəqəmə 2025-ci ildə yaxınlaşacağıq. Bakı-Sumqayıt-Saray üzrə […]

Bakıdan azad olunmuş ərazilərə yanvar ayı üçün avtobus biletləri satışı çıxarılır

Avtobus biletləri

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə yanvar ayı üçün biletlər 2024-cü il dekabrın 25-i saat 11:00-da satışa çıxarılacaq.Baki-baku.az AYNA-ya istinadla xəbər verir ki, Bakı-Şuşa, Əhmədbəyli-Şuşa, Bakı-Ağdam və Bərdə-Ağdam reyslərinə biletləri vətəndaşla yolumuzqarabaga.az portalı üzərindən əldə edə bilərlər.Bakı-Xocalı-Xankəndi-Şuşa, Bərdə-Xankəndi və Bakı-Laçın reyslərinə […]

Yeni marşrut xətti üzrə avtobuslar istifadəyə verilib

Yeni marşrut xətti üzrə avtobuslar sərnişinlərin istifadəsinə verilib.Baki-Baku.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) “X” hesabında yazılıb.“Əziz sərnişinlər! Bu gündən Qaraçuxur və Yeni Günəşli qəsəbələri, Mərkəzi Bank və Azərbaycan Tibb Universitetini əlaqələndirən yeni 20 nömrəli marşrut xətti üzrə avtobuslar sərnişinlərin istifadəsinə verilib”, – paylaşımda bildirilib.

Bu gündən altı marşrut xəttinin fəaliyyəti bərpa olunub

Bu gündən etibarən altı xətt üzrə hərəkət edən müntəzəm şəhərdaxili marşrutların fəaliyyəti bərpa edilib.Baki-Baku.az xəbər verir ki, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat verib.Bildirilib ki, noyabrın 18-dən 2, 6, 24, 46, 4 və 10 nömrəli xətt üzrə marşrutların hərəkət sxemləri bərpa ediləcək.Qeyd olunub ki, mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin […]