Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
Sabah güclü külək gözlənilir

Sabah bəzi bölgələrdə güclü külək gözlənilir. Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Xəbərdarlığa əsasən, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Lənkəran, Masallı, Cəlilabad, Lerik, Astara, Yardımlıda qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Sabah Bakıya qar yağacaq

Azərbaycan ərazisində fevralın 8-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz tədricən mülayimləşəcək. Havanın temperaturu gecə 1° şaxtadan 1°-dək […]
Bakı şəhərində əsən güclü küləyin fəsadları aradan qaldırılır

Əsən güclü külək nəticəsində Bakı şəhərində 50-ə yaxın ağac və budaq qırılması faktı qeydə alınıb.
Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. Baki-baku.az xəbər verir ki, bu barədə Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib. Xəbərdarlığa əsasən, fevralın 7-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi fevralın 9-u səhər saatlarına kimi davam […]
Paytaxtda küləkli hava müşahidə olunur

Saat 09:00-a olan məlumata əsasən hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Sabah bəzi rayonlara qar yağacaq, yolları buz bağlayacaq

Bakıda və Abşeron yarımadasında hava şəraiti gün ərzində fasilələrlə yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
SOCAR: Hava kəskin dəyişdiyi üçün istehsalatda təhlükəsizlik tədbirləri gücləndirilib

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.Bu barədə Baki-baku.az-a SOCAR-dan məlumat verilib.Bildirilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, dənizdə yerləşən bir sıra istehsalat […]
ETSN: Güclü külək davam edəcək, sürəti narıncı xəbərdarlıq şkalasına keçəcək

Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan hava şəraiti davam edəcək və küləyin sürəti narıncı xəbərdarlıq şkalasına keçəcək.
Sabah Bakıda hava küləkli olacaq

Azərbaycan ərazisində fevralın 3-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.