COP29-da 100-dən çox lider iştirak edəcək – RƏSMİ

COP29 BAKU

Gələn ay Bakıda keçiriləcək COP29 tədbirində 100-dən çox lider iştirak edəcək. BakıBaku xəbər verir ki, bu barədə “Reuters” agentliyinə COP29 Sədrliyindən məlumat verilib. Bildirilir ki, oktyabrın ortalarına olan məlumata görə, tədbirdə 61 prezident, 38 baş nazir və 2 vəliəhd iştirak edəcəyini təsdiqləyib. Xatırladaq ki, noyabrın 11-22-də Bakıda COP29 iqlim konfransı keçiriləcək. 

Sabah Bakıda COP29 öncəsi konfrans başlayır

Sabah COP29-la bağlı konfrans başlayır.

10-11 oktyabr tarixlərində Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-Cop29) keçiriləcək. “Report” tədbirin təşkilatçılarına istinadən xəbər verir ki, konfrans “Ambisiyaların gücləndirilməsi və fəaliyyətin təmin edilməsi” adlanır. Açılış mərasimində COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev, COP28-in prezidenti Sultan Əl-Cabir, BMT-nin Baş katibinin müavini Əminə Ceyn Məhəmməd, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi […]