Yol polisinin yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciəti

Baş Dövlət Yol Polisi İdarəsi dumanlı, yağışlı hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.Baki-baku.az bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata istinadən xəbər verir.Bildirilib ki, hazırda ölkə ərazisində müşahidə olunan yağışlı, dumanlı hava yollarda qəza riskini artırır.“Belə hava şəraiti görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da sürücülərin digər hərəkət iştirakçılarını, […]

Baş Dövlət Yol Polisi İdarəsinin hava ilə bağlı piyadalara müraciəti

“Hazırda mövsümlə əlaqədar havanın tez qaralması, əsasən yağışlı, çiskinli olması digər hərəkət iştirakçıları kimi piyadalar üçün də bir sıra çətinliklər yaradır”.Baki-baku.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində qeyd olunub.Bildirilib ki, təhlillər göstərir ki, yağmurlu havada yolların sürüşkənliyi, məhdudiyyətli görünmə məsafəsinin artması piyadaların vurulması ilə nəticələnən qəzaların sayına əhəmiyyətli dərəcədə təsir […]

Sabah güclü külək bəzi insanlarda narahatlıq yarada bilər

Tibbi-meteoroloji proqnoz açıqlanıb.Baki-baku.az bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.Proqnoza əsasən, noyabrın 25-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.Baki-baku.az bu barədə BDYPİ-yə istinadən xəbər verir.Müraciətdə bildirilib ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.BDYPİ verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün […]

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli hava şəraiti

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 12-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Qobustan, Xızı, Neftçala, Hacıqabulda şimal-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

“Küləkli hava şəraiti noyabrın 6-sı səhər saatlarınadək davam edəcək”. Baki-Baku.az bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasovaya istinadən məlumat verir.“Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti 14 m/s, Kəlbəcərdə 17 m/s, Şabranda 16 m/s, Şamaxı və Lerikdə 15 m/s təşkil edir” , – deyə […]

FHN-dən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.Baki-Baku.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi və leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və […]

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Noyabrın 2-3-də gecə və səhər Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Baki-Baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin sürəti sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcəyi bildirilib.“Sarı xəbərdarlığa uyğun olaraq Hacıqabul, Şirvan, Qobustan, Mingəçevir, […]

Bakıda qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Qeyri-sabit hava şəraiti, yağmurlu hava, yağış, hava proqnozu, hava haqqında

“Hazırda Bakıda və Abşeron yarımadasında arabir yağış yağır. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterlidir”.Baki-baku.az bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun sözlərinə istinadən xəbər verir.Onun sözlərinə görə, yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir.“Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14 dərəcə isti təşkil edir”, – deyə N.Mahmudov qeyd edib.

Həftəsonuna gözlənilən küləkli hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Hava

Azərbaycanda oktyabrın 26-27-də gözlənilən küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib. Bu barədə Baki-baku.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Qeyd olunub ki, Ağdam, Ağcabədi, Ağdaş, Ucar, Göyçay, Hacıqabul, Ağstafa, Şəmkir, Gəncə, Samux, Tovuz, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Salyan, Siyəzən, Xaçmaz, Xızı, Şabran, Tərtər, Bərdə, Beyləqan, Cəlilabad, Yevlax, Zərdab, Şamaxı, Daşkəsəndə fasilələrlə qərb küləyi əsəcək […]