Azərbaycanda “Halal” sertifikatlarının təqdim edilməsinə başlanılır

Halal sertifikatı

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) beynəlxalq akkreditasiya tələblərinə cavab verən “Halal” sertifikatını təqdim etmək hüququnu əldə edib. Oxu.Az bu barədə agentliyə istinadən xəbər verir. Məlumata görə, institutun sertifikatlaşdırma orqanını Türkiyənin Halal Akkreditasiya Qurumu (HAK) akkreditasiya edib. “Halal” sertifikatının verilməsində əsas məqsəd istehsal olunan məhsul, xidmət və idarəetmə sistemlərində müvafiq […]

Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir

Bu gün Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu işə başlayıb. “BakıBaku” Oxu.Az-a istinadən xəbər verir ki, ilk dəfə keçirilən və sabah başa çatacaq tədbirin təşkilatçıları İqtisadiyyat Nazirliyi, nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Turizm Agentliyidir. Forumu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İslam Əməkdaşlıq Təşkilatı (OIC), Beynəlxalq İslam Biznesi Assosiasiyası, […]