Gəncəyə yönləndirilən AZAL-ın 3 təyyarəsi Bakı aeroportuna çatıb

Bakı aeroportunda qatı duman səbəbindən Gəncə Beynəlxalq Hava Limanına yönləndirilən “Azərbaycan hava Yolları” QSC-nin (AZAL) üç reysi artıq Heydər Əliyev Beynəlxalq Aeroportuna çatıb.Baki-Baku.az AZAL-ın mətbuat xidmətinə istinadla xəbər verir ki, Moskva-Bakı, Təl-Əviv-Bakı və İstanbul-Bakı marşrutu üzrə uçuşlar həyata keçirən təyyarələr müvafiq olaraq saat 10:14, 11:27 və 12:49-da Bakıya enib.