“Dünyamızı yaşıllığa qərq edək” adlı ağacəkmə aksiyası keçirildi – Fotolar

Yaşıl dünya Naminə həmrəylik ili, ağacəkmə aksiyası

Prezident İlham Əliyevin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi çərçivəsində Estetik Kosmetologiya Mütəxəssisləri İctimai Birliyi (EKMİB) “Dünyamızı yaşıllığa qərq edək” adlı ağacəkmə aksiyası keçirilib. BakıBaku Qafqazinfo-ya istinadən xəbər verir ki, təşəbbüs noyabrda Bakıda keçiriləcək COP29 İqlim konfransına həsr olunub. Dünya iqlim problemlərinin həllinə yönələn bu qlobal tədbir, iqlim dəyişikliyinə qarşı beynəlxalq əməkdaşlıq […]

Ayın 27-də bu yollar üç saatlıq bağlanacaq – Siyahı

COP29 konfransı ərəfəsində tədbir tarixləri ərzində nəqliyyat proseslərinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər davam etdiriləcək. Baki-baku.az xəbər verir ki, oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək davam edəcək yol nəqliyyatının monitorinq tədbirləri bütövlükdə tədbirin nəqliyyat planı və marşrutuna uyğun simulyasiya edilərək icra olunacaq. […]

COP29-la bağlı məlumatlılığın artırılması üçün Çağrı Mərkəzi yaradılacaq

COP29-la bağlı məlumatlılığın artırılması üçün Çağrı Mərkəzinin yaradılacağı açıqlanıb.Baki-baku.az bu barədə Report.az-a istinadən xəbər verir ki, bunu COP29 Azərbaycan Əməliyyat Şirkətinin Ziyarətçi təcrübəsi üzrə şöbə müdiri İlkin Cavadov jurnalistlərə açıqlamasında deyib.O qeyd edib ki, bu çağrı mərkəzləri noyabrdan fəaliyyətə başlayacaq: “Ziyarətçilər, qonaqlar, iştirakçılar tədbirlə bağlı öz suallarını verərək ənənəvi zəng, çat, “WhatsApp” və “Telegram” vasitəsilə […]

“Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunan Forum keçirilir

Yaşıl Dünya Naminə

Oktyabrın 23-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnistitutunda COP 29 və “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunmuş “Bioloji müxtəlifliyin mühafizəsi: Botanika, Ekologiya və Yaşıl Şəhərlər” mövzusunda Forum işə başlayıb. Elm və Təhsil Naziri Emin Əmrullayevin, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun fəxri həmsədrliyi ilə təşkil olunan Forumu AR ETN Botanika İnstitutunun […]

COP29-a hazırlıqla bağlı yollarda ambulans və yanğınsöndürmə maşınlarının monitorinqi aparılacaq

COP29

COP29 konfransına hazırlıq prosesi çərçivəsində oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək davam edəcək yol nəqliyyatının monitorinq tədbirləri bütövlükdə tədbirin planı və marşrutuna uyğun simulyasiya edilərək icra olunacaq. Baki-baku.az Report.az-a istinadən xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib. Qeyd edilib ki, tədbir müddətində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə […]

COP29 üçün rəqəmsal nəqliyyat xəritəsi istifadəyə verildi

COP29

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransına müxtəlif ölkələrdən minlərlə ziyarətçinin səfər edəcəyi nəzərə alınaraq rəqəmsal nəqliyyat xəritəsi istifadəyə verilib. Baki-baku.az xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkəti məlumat yayıb.Qeyd edilib ki, COP29 zamanı nəqliyyat məsələlərinin idarə edilməsini ziyarətçilər üçün asanlaşdırılmasına xidmət edən bu onlayn resurs əlverişli mövqelərdə yerləşən nəqliyyat qovşaqları, […]

Bakı COP29-a yüksək səviyyədə hazırdır – “La Gazette du Caucase”

COP29

Bakı COP29-a yüksək hazırlıq səviyyəsi nümayiş etdirir. “BakıBaku” Trend-ə istinadən xəbər verir ki, bu barədə Fransanın “La Gazette du Caucase” internet-nəşrinin 11- 22 noyabr tarixlərində Bakı şəhərində baş tutacaq BMT-nin COP29 iqlim sammitinə hazırlıq üzrə dərc etdiyi məqalədə deyilir. “COP29 11- 22 noyabr tarixlərində Bakı şəhərində baş tutacaq. Tədbirin keçiriləcəyi Bakı Olimpiya Stadionunda tikinti və quraşdırma işləri, […]

COP29 konfransı əməkdaşlarının geyim forması müəyyənləşib

COP29

Bu ilin 11-22 noyabrında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müddətində işə cəlb ediləcək 10 000 nəfərdən artıq əməkdaşın istifadə edəcəyi uniforma geyimləri ictimaiyyətə açıqlanıb.Baki-baku.az xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.Bildirilib ki, COP29 korporativ rəng və üslubuna uyğun hazırlanmış bu geyim […]

COP29 müddətində Bakı metrosunun hərəkət intervalında dəyişikliklər olacaq

Metro

“COP29 müddətində Bakı metrosunun hərəkət intervalında müəyyən dəyişikliklər olacaq”.Baki-Baku.az Report.az-a istinadən xəbər verir ki, bunu COP29 Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu deyib.Onun sözlərinə görə, COP29 tədbiri keçirilən zaman ölkəyə səfər edəcək insanların çoxluğu nəqliyyatın hərəkətini intensivləşdirəcək:“Bu da qatarların hərəkət intervalının daha da sıxlaşdırılması üzərindən həyata keçiriləcək”.

COP29 dönəmində bəzi şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər

COP29

“COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək”. BakıBaku APA-ya istinadən xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu bildirib. O qeyd edib ki, bunun üçün akkreditasiya kartını təqdim etmək yetərli olacaq: “Bura avtobus, metro və dəmir yolu nəqliyyatı daxildir”.