Bakıda elektrik mühərrikli avtobuslar xəttə buraxılıb
Bu gündən etibarən elektrik mühərrikli 160 ədəd avtobuslar müntəzəm marşrut xətti üzrə fəaliyyət göstərməyə başlayıb.Baki-Baku.az xəbər verir ki, bu barədə “BakuBus” MMC-nin Mətbuat Xidməti məlumat yayıb.Qeyd olunub ki, COP29 tədbiri çərçivəsində istismara verilən bu avtobuslar artıq “BakuBus”ın marşrut xətlərində sərnişinlərin xidmətində olacaq.Elektrik avtobuslarının istismarı üçün xüsusi olaraq müasir standartlara cavab verən qaraj infrastrukturu da yaradılıb. […]