İlham Əliyev Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün etimadnaməsini qəbul edib.
Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri Bakıya gəlib

Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri Birol Akgün Bakıya gəlib.Bu barədə Baki-baku.az-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.Qeyd edək ki, yanvarın 10-da Prezident Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.Bundan əvvəl Türkiyənin Azərbaycandakı səfiri vəzifəsini Cahit Bağçı icra edib. Diplomatın 2024-cü il dekabrın 14-də fəaliyyət müddəti başa çatıb.