Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Dövlət Bayrağı Meydanında olublar. Baki-Baku.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli Bayrağını ucaldıb. Birinci vitse-prezident Mehriban Əliyeva bununla bağlı Dövlət Bayrağı Meydanından paylaşım edib. Həmin paylaşımı təqdim edirik: https://video.azertag.az/site/video/231380
Dövlət Bayrağı Meydanında üçrəngli bayrağımız qaldırıldı

Bakıda, Dövlət Bayrağı Meydanında yenidən üçrəngli bayrağımız dalğalanır. Baki-Baku.az Oxu.az-a istinadən bildirir ki, Dövlət Bayrağı Meydanında aparılan təmir işlərindən sonra ilk dəfə test məqsədi ilə bayrağımız bu il avqust ayının 2-də asılmışdı. Bundan sonra bir neçə dəfə test keçirilmişdi. Qeyd edək ki, sabah Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunacaq.
Çikaqo şəhərində Azərbaycan Bayrağı ucaldılıb

ABŞ-nin Çikaqo şəhərində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Baki-baku.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.Bildirilib ki, şəhərin məşhur “The Daley Center” inzibati-ictimai mərkəzində baş tutan bayraqqaldırma mərasimi ABŞ-nin İllinoys ştatında fəaliyyət göstərən Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) həmtəsisçiləri Fərid Məmmədov […]