Nəsir müəllim “Bakı”nı Bakının aynasına çevirdi

“Bakı” qəzeti fəaliyyətə başlayanda Nəsir müəllim “Gənc işçi”, “Yeni yol”, “Kommunist”, “Döyüşən Krım” qəzetlərində, Bakı Şəhər Sovetində, Mərkəzi Komitədə, Radioinformasiya Baş İdarəsində, Radio və Televiziya Komitəsində məsul vəzifələrdə çalışmışdı. Sənətin, mədəniyyətin himayədarlarına çevrilib varlığını sübut etmişdi. 1958-ci il yanvarın 10-da işıq üzü görən, 35 min tirajla nəşrə başlayan “Bakı” milli-mətbuat tariximizə özünün səsi, nəfəsi, dəst-xətti […]