Hövsan qəsəbəsində su xəttində baş verən qəza aradan qaldırılıb – AÇIQLAMA

Bir neçə gün əvvəl Suraxanı rayonu, Hövsan qəsəbəsində M.Bayramov adına 196 nömrəli tam orta məktəbin yaxınlığında su borusundan sızma ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılmışdı.Hadisə ilə əlaqədar Baki-baku.az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib ki, qeyd olunan ünvanda su xəttində baş verən qəza aradan qaldırılıb.Bildirilib ki, müvafiq rayon sukanal idarəsinin […]

Bakının velosiped yolları belə yuyulur

Son zamanlar Bakıda insanların rahat və təhlükəsiz hərəkəti üçün salınan velosiped zolaqları bu gün paytaxt sakinləri tərəfindən geniş istifadə olunur. Bu isə həmin yolların çirklənməsinə səbəb ola, bu yoldan istifadə edənlərin sağlamlığına mənfi təsir göstərə bilər.Baki-baku.az xəbər verir ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti bununla əlaqədar mütəmadi olaraq velosiped yollarının yuyulması işlərini həyata keçirir.

Bakıda “Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu” keçirilib

Bakıda 2 Fevral Azərbaycan Gəncləri Günü ilə əlaqədar “Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu” keçirilib.Baki-baku.az xəbər verir ki, 200-dən çox könüllünü bir araya gətirən forumun əsas məqsədi üzv təşkilatların fəaliyyətinin artırılması, dayanıqlı inkişafının təmin edilməsi, təşkilatlar arasında effektiv əlaqələrin qurulması, təcrübə mübadiləsinin təşviqi və kollektiv layihələri həyata keçirmək olub.Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev çıxışında […]

Daşkənd və Bakı səfərlər üçün biometrik pasportlardan istifadəyə icazə verə bilər

Özbəkistan və Azərbaycan iki ölkə arasında səfərlər üçün xarici pasport əvəzinə biometrik pasportlardan istifadə imkanını nəzərdən keçirir.Baki-baku.az xarici mətbuata istinadən xəbər verir ki, bu məsələ Özbəkistanın Daxili İşlər Nazirliyinin Giriş-Çıxış və Vətəndaşların Rəsmiləşdirilməsi İdarəsi və Azərbaycan Dövlət Miqrasiya Xidmətinin nümayəndələri arasında müzakirə edilib.Müzakirələr hər iki ölkənin Xarici İşlər nazirliklərinin konsulluq və hüquq departamentlərinin əməkdaşlarının iştirakı […]

Sabah Bakıda bəzi küçələrdə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Fevralın 1-də saat 06:00-dan etibarən Bakının Nərimanov rayonunun Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılacaq təmir-tikinti işləri ilə əlaqədar sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.Bu barədə Baki-baku.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verib.Məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir-tikinti işləri bitənədək qüvvədə olacaq.“Sürücülərdən aparılan işlərə anlayışla […]

Bakıda hər min nəfərə düşən avtomobillərin sayı 320-yə çatıb

Son 20 ildə Azərbaycan üzrə əhalinin orta illik artım tempi 1 % təşkil etdiyi halda, Bakı şəhərində və ətraf ərazilərdə bu göstərici 1,3 % olub. Baki-baku.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir. “Həmin dövr üzrə Bakı şəhərində hər 1000 nəfərə düşən avtomobillərin […]

Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiqlənib

Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib. Baki-baku.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirmək, orada nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu sənəddən […]

Bakı aeroportunda yeni terminal kompleksi tikiləcək

Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni terminal kompleksi inşa ediləcək.Baki-baku.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunan müşavirədə çıxışı zamanı edib.“Heydər Əliyev Beynəlxalq Hava Limanı keçən il rekord sayda – yeddi milyondan çox sərnişin daşıyıb. Mənə verilən məlumata görə, nazirlik tərəfindən aparılan təhlil göstərir ki, bu rəqəm daha […]

Ötən il Bakı üzrə 327 statistik vahid ləğv edilib

2024-cü ildə Bakı şəhəri üzrə 327 statistik vahid ləğv edilib.Baki-baku.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, qeydiyyatda olan statistik vahidlərin 66,1 %-i Bakıda yerləşib.Hesabat dövründə yeni yaradılmış statistik vahidlərin 77,8 %-i Bakıda qeydiyyata alınıb. Statistik vahidlərin yaradılması prosesi Bakı şəhərində 8,2 % daha fəal olub.

İstehsalda yaranan ehtiyatların 46 %-ə yaxını Bakı anblarında qalıb

Ötən il istehsal edilmiş məhsullardan yaranan ehtiyatların 45,9 %-i Bakıdakı sənaye müəssisələrinin anbarlarında qalıb.Baki-baku.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2024-cü ildə istehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılaragöndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərəalınmaqla sənaye müəssisələrinin anbarlarında 2025-ciil yanvarın 1-i vəziyyətinə 746 milyon manatlıq hazır məhsul olib.Həmçinin ehtiyatların 17 %-i Sumqayıt, 2,8 %-iGəncə, 2,8 […]