Nobel qardaşlarından 5G-yə: Azərbaycanın Bakıdan başlayan telefon rabitəsi inkişafı

Fevralın 18-i Azərbaycan üçün əlamətdar günlərdən biridir. 1881-ci il yanvar ayında “Nobel qardaşları cəmiyyəti” telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və həmin ilin fevralın 18-də icazə verilib. Noyabr ayının 23-də isə Azərbaycanda uzunluğu 6 km olan və “Nobel qardaşları cəmiyyəti”nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk […]

Bakı Dəmir Yolu Vağzalının tarixçəsi – Bakı tarixinin səhifələrindən

Dəmirlolu

Bakı tarixən Avropa və Asiya, mədəniyyət və ticarət qollarının kəsişməsində, İpək yolunun üstündə yerləşib. Bura olan maraq da elə onun strateji coğrafi nöqtədə yerləşməsində olub əsasən. Bu baxımdan yol infrastrukturunun inkişafı həmişə ölkənin inkişafı demək olub. Azərbaycanda da mədəni, ticari əlaqələr böyüdükcə yeni yolların yaranması labüdləşib, əlbəttə ki. Bu yollar arasında dəmir yolları da üstünlük […]

“Alov qüllələri” – Bakının vizit kartı

Alov qüllələri

“Flame Towers” – “Alov qüllələri” Bakı şəhərinin ən hündür binasıdır. Binanın hündürlüyü 190 metrdir. Bu binanın tikilişi üçün 350 milyon ABŞ dolları xərclənib. Layihə 2012-ci ildə tamamlanıb. Bina müasir memarlıq möcüzəsinin nümunəsidir. Memarlıq dizaynı Bakı şəhərinin “Odlar Yurdu” adını daşıması ilə bağlıdır. Qüllələr alov formasında tikilib və qüllələrin şüşə fasadı LED işıqlandırma sistemi ilə təchiz […]

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib

Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib.Baki-baku.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.Qeyd edək ki, bu təyinata qədər Rüfət Mahmud SOCAR-ın Rusiyadakı törəmə müəssisəsi – “SOCAR Rus” MMC-nin rəhbəri olub.

Prezident İlham Əliyev Paraqvayın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Paraqvay Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seferino Valdez Peraltanın etimadnaməsini qəbul edib.Baki-baku.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.Prezident İlham Əliyev səfirlə söhbət etdi.Səfir Seferino Valdez Peralta Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyanın salamlarını dövlətimizin başçısına çatdırdı.Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, […]

Bakı metrosunda ötən ay sərnişinlərin 21 %-dən çoxu QR biletlə ödəniş edib

Bu ilin yanvar ayında “Bakı Metropoliteni” QSC-də 3 milyon 679 min 201 sərnişin stansiyalara QR biletlə ödəniş edərək daxil olub.Baki-baku.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, bütün ödənişli sərnişinlərin 21,1 %-i deməkdir.Yanvar ayının 10-u QR biletdən ən çox istifadə edilən gündür – 150 min 111. Ən çox QR bilet istifadəçiləri olan stansiyalar: “28 May” […]

Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi üzrə işlər açıqlanıb

Yol

Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolu boyunca 25 qovşaq və körpü, 2 tunel inşa ediləcək.Bu barədə Baki-baku.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.Mılumata görə, uzunluğu 29 kilometr olan avtomobil yolu 1A texniki dərəcəli və 6 hərəkət zolaqlı olmaqla inşa edilir.Layihə üzrə 10 qovşağın, 14 körpünün, 1 kommunikasiyalar üçün kanal körpüsünün, 1 qapalı və 1 üstü açıq […]

Ötən il Bakıda 738 minə yaxın uşaq icbari dispanserizasiyaya cəlb edilib

Ötən il 737 min 614 (96 %) uşaq Bakı Baş Səhiyyə Mərkəzinin tabeli tibb müəssisələrində icbari dispanserizasiya prosesinə cəlb edilib.Baki-baku.az xəbər verir ki, bu barədə mərkəz məlumat yayıb.Bildirilib ki, dispanser qeydiyyatında olan uşaqlardan 7 353 (87 %) nəfəri xəstəlikdən sağalıb.

Azərbaycanlı məktəblilər ilk dəfə “SpaceX” raketi ilə orbitə peyk buraxacaqlar

Bu il Azərbaycandan olan məktəblilərin “SpaceX” daşıyıcı raketi vasitəsilə “PocketQube” piko-peykini kosmik orbitə buraxması planlaşdırılır. Baki-baku.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi (“Azərkosmos”) məlumat yayıb. Məlumata əsasən, bu, “Azərkosmos”un nəzdində KOSMİK Akademiyanın təşkilatçılığı, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə Təhsil İnstitutu, […]

Hövsan qəsəbəsində su xəttində baş verən qəza aradan qaldırılıb – AÇIQLAMA

Bir neçə gün əvvəl Suraxanı rayonu, Hövsan qəsəbəsində M.Bayramov adına 196 nömrəli tam orta məktəbin yaxınlığında su borusundan sızma ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılmışdı.Hadisə ilə əlaqədar Baki-baku.az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib ki, qeyd olunan ünvanda su xəttində baş verən qəza aradan qaldırılıb.Bildirilib ki, müvafiq rayon sukanal idarəsinin […]