Prezident İlham Əliyev Davosda İsrail Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşüb.Baki-Baku.az xəbər verir ki, görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olundu.İsxak Hersoq ölkəmizə rəsmi səfərini məmnunluqla xatırladı.Söhbət zamanı iqtisadi-ticari sahədə əməkdaşlığın yaxşı səviyyədə olduğu bildirildi, hökumətlərarası birgə komissiyanın işi yüksək qiymətləndirildi.Azərbaycanlılarla yəhudilər […]

Qazaxıstan Şımkentdən Bakıya birbaşa reys açacaq

Qazaxıstan Şımkent hava limanının yeni terminalından Avropa və Asiyaya, o cümlədən Azərbaycana yeni reyslərin açılmasını planlaşdırır.Bu barədə Baki-Baku.az xarici mətbuata istinadla xəbər verir.Məlumata görə, yeni terminal bazasında 14 daxili və 16 beynəlxalq marşrutun açılması planlaşdırılır. Bu, sərnişinlərə Avropa İttifaqı ölkələrinə, Çin, Cənubi Koreya, Cənub-Şərqi Asiya ölkələri, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Belarus və digər populyar beynəlxalq […]

Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bəyanatlarla çıxış ediblər. Baki-Baku.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış etdi. Prezident İlham Əliyevin bəyanatı -Hörmətli cənab Baş nazir. Hörmətli qonaqlar, xanımlar və cənablar. İlk növbədə, cənab Baş nazir, Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş […]

Azərbaycan Prezidenti: Ermənistanın yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər

İlham Əliyev, Ermənistan

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bir daha Ermənistan tərəfinə məsləhətlərini verib. Baki-baku.az xəbər verir ki, dövlətimizin başçısı sülh müqaviləsi ilə bağlı Azərbaycanın bütün şərtlərinin qəbul ediləcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev deyib ki, əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi […]

Prezident İlham Əliyev telekanallara müsahibəsində Fransa ilə bağlı heç vaxt danışılmayan məsələyə toxunub

İlham Əliyev, Fransa ilə bağlı

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Fransa ilə bağlı heç vaxt danışılmayan bir məsələyə toxunub. Baki-baku.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: “Zənnimcə, bu, hər hansı şəkildə böhrandan çıxmağa kömək edəcək. Son bir neçə ay ərzində biz Fransa hökumətinin nümayəndələrindən təmaslar qurulması üçün siqnallar alırdıq, mənim yaddaşımda onların sayı üç və […]

Prezident İlham Əliyev: Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik

İlham Əliyev, Amerika-Azərbaycan

Əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik. Baki-baku.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib. Trampın öz açıqlamaları ilə çox aydın, açıq mesajlar göndərdiyini vurğulayan Azərbaycan Prezidenti əlavə edib: “Onların böyük əksəriyyətini Azərbaycan ictimaiyyəti bölüşür. Yəni, ona görə ümidlər böyükdür. Ona görə […]

Dövlət Bayrağı Meydanında üçrəngli bayrağımız qaldırıldı

Bayraq

Bakıda, Dövlət Bayrağı Meydanında yenidən üçrəngli bayrağımız dalğalanır. Baki-Baku.az Oxu.az-a istinadən bildirir ki, Dövlət Bayrağı Meydanında aparılan təmir işlərindən sonra ilk dəfə test məqsədi ilə bayrağımız bu il avqust ayının 2-də asılmışdı. Bundan sonra bir neçə dəfə test keçirilmişdi. Qeyd edək ki, sabah Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunacaq.

Azərbaycan avtomobil nəqliyyatının tarixi (1-ci hissə)

Avtomobil

Əbdülhüseyn Hüseynovun “İRS Heritage” jurnalında kı məqaləsinə istinadən. Azərbaycanda avtomobil nəqliyyatının inqilabaqədərki tarixi XIX əsrin 70-ci illərindən sürətlə inkişaf edən neft sənayesinin tarixi ilə sıx bağlıdır. Bu da Azərbaycana avtomobillərin gətirilməsinə səbəb oldu. Məlum olduğu kimi, XIX əsrin sonlarında Azərbaycanda bir dənə də olsun avtomobil yox idi. 29-30 oktyabr 1887-ci ildə “Qara şəhər”də güclü yanğın […]

Qurumların rəhbərləri hadisə yerində

Gecə saatlarında yağan yağışın normadan dəfələrlə artıq olması səbəbindən paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektindəki Bağırov korpüsü ərazisində suyun səviyyəsi artmış, nəticədə sözügedən ərazidə hərəkət tam məhdudlaşdırılmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və aidiyyəti strukturların rəhbərləri əraziyə gələrək baxış keçirmiş, təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın rayon icra hakimiyyətlərinin başçıları, […]