Prezident İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub

Prezident

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Bakıda Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub. Baki-baku.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısına burada Çin Xalq Respublikasının istehsalı olan elektrik mühərrikli “BYD” markalı avtobus və “TX5” markalı elektrik mühərrikli taksi nəqliyyat vasitələri təqdim edilib.

COP29 dönəmində bəzi şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər

COP29

“COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək”. BakıBaku APA-ya istinadən xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu bildirib. O qeyd edib ki, bunun üçün akkreditasiya kartını təqdim etmək yetərli olacaq: “Bura avtobus, metro və dəmir yolu nəqliyyatı daxildir”.

Bakıda yeni avtobus zolağı çəkiləcək

Yeni avtobus zolağı

Bakının Zərifə Əliyeva küçəsində yeni avtobus zolağı çəkiləcək. “Unikal” xəbər verir ki, bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib. “Şəhərin müxtəlif yerlərində olduğu kimi, Zərifə Əliyeva küçəsində də avtobus zolağının effektiv olacağını düşünürük. Bu barədə layihə artıq hazırdır”, – deyə A.Rzayev qeyd edib.