Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

2030-cu ilədək paytaxtda bütün avtobuslar elektrik mühərrikli olacaq

2030-cu ilədək bütün ictimai nəqliyyat vasitələrinin elektrik mühərrikli analoqlarla əvəzlənəcək.Baki-baku.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.Dövlət Proqramında bildirilir ki, Azərbaycanda 2026-cı ildən etibarən illik 200–250 elektrik mühərrikli avtobusun istehsalı planlaşdırılır.İctimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsi və […]

AYNA: Bakıda 100 km-dən çox avtobus zolaqları təşkil edilib

Bu günə qədər Bakıda 30-dan çox küçə və prospektdə ümumilikdə 100 km-dən çox avtobus zolaqları təşkil edilib.Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Məlumata görə, avtobus zolaqlarının istifadəsi genişləndirilir: “Mərhələli şəkildə digər ünvanlarda da xüsusi hərəkət zolaqlarının təşkili planlaşdırılıb”.

Bu il marşrut avtobuslarının sayı 2500-ə çatacaq

marşrut avtobuslarının sayı

“Bir sıra marşrutlarda avtobusların yenilənməsi həyata keçirilib”.Baki-baku.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlara dair keçirilən brifinqdə deyib.“2024-cü ildə 2160 avtobus fəaliyyət göstərib. Bu rəqəmin 2500-ə çatdırılması nəzərdə tutulur. Düşünürəm ki, bu rəqəmə 2025-ci ildə yaxınlaşacağıq. Bakı-Sumqayıt-Saray üzrə […]

Bakıdan Naxçıvana reyslər “BakuBus” ilə olacaq

Bakubus

“BakuBus” MMC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı-Naxçıvan istiqamətində avtobusla sərnişin daşınmasına dair elan etdiyi müsabiqədə qalib gəlib.Baki-baku.az bu barədə AYNA-ya istinadən xəbər verir.Məlumata görə, yanvarın 1-dən Bakıdan Naxçıvana reyslər “Neoplan” markalı müasir və komfortlu avtobuslarla həyata keçiriləcək.Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvana səfərlər hər gün reallaşır. Reyslər sərnişin tələbatına uyğun […]

Bakıdan azad olunmuş ərazilərə yanvar ayı üçün avtobus biletləri satışı çıxarılır

Avtobus biletləri

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə yanvar ayı üçün biletlər 2024-cü il dekabrın 25-i saat 11:00-da satışa çıxarılacaq.Baki-baku.az AYNA-ya istinadla xəbər verir ki, Bakı-Şuşa, Əhmədbəyli-Şuşa, Bakı-Ağdam və Bərdə-Ağdam reyslərinə biletləri vətəndaşla yolumuzqarabaga.az portalı üzərindən əldə edə bilərlər.Bakı-Xocalı-Xankəndi-Şuşa, Bərdə-Xankəndi və Bakı-Laçın reyslərinə […]

Bakı-Sumqayıt istiqamətində yeni ekspres avtobus marşrutu istifadəyə verilib

Bu gündən Bakı-Sumqayıt istiqamətində 594 nömrəli yeni ekspres avtobus marşrutu istifadəyə verilib.Baki-baku.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumata istinadən xəbər verir.Məlumata görə, marşrut üzrə müasir və komfortlu avtobuslar fəaliyyət göstərir.“Sumqayıt Avtovağzalından yola düşən avtobusların son dayanacaq məntəqəsi metronun “20 Yanvar” stansiyası müəyyən edilib. Əks istiqamətə isə […]

Bakının Xətai rayonunda avtobus zolağının təşkilində dəyişiklik edilib

Avtobus zolağının

Xətai rayonu, Xocalı prospektində və Afiyyədin Cəlilov küçəsində təşkil edilən avtobus zolağının saat 07:00-22:00 aralığında qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırılıb.Baki-Baku.az bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumata istinadən xəbər verir.Bildirilib ki, sözügedən prospektdə və küçədə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir:“Belə ki, avtobus […]