Dünyanın ən böyük aysberqi sürətlə əriyir

1986-cı ildə Antarktika buzlağından qopan və bir il öncə açıq okeana çıxan dünyanın ən böyük aysberqi “A23a” kütləsinin təxminən 9%-ni itirib.Baki-baku.az bu barədə TASS-a istinadən xəbər verir.Arktika və Antarktika Tədqiqat İnstitutunun (AARI) mətbuat xidmətinin yaydığı məlumata görə, aysberq son vaxtlar ərimə səbəbindən ölçüsündə kiçilməyə başlayıb.Hazırda “A23a” Cənubi Corciya adası yaxınlığında üzür.