Aeroport yolunda yaranacaq məhdudiyyətlərə görə hərəkət iştirakçılarına müraciət edilib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sabahdan aeroport yolunun bir hissəsində tətbiq olunacaq məhdudiyyətlərlə bağlı hərəkət iştirakçılarına təkrar müraciət edib.
Aeroport yolunda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq

Bakının Suraxanı rayonunda, Aeroport şosesində (“Buta Palace” yaxınlığı) fevralın 14-15-də elektron məlumat-sürət tablolarının sökülərək yenisinin quraşdırılması ilə əlaqədar məhdudiyyət tətbiq olunacaq.