Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/23/2025

Paylaşın

GÜNDƏM

Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək

24–27 dekabr aralığında Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda (FHN İSK) taekvondo üzrə gənclər arasında ölkə birinciliyi və böyüklər arasında Azərbaycan çempionatı təşkil olunacaq.
Bu barədə Baki-baku.az-a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.
Yarışda paytaxt və bölgələri təmsil edən 72 klub və idman cəmiyyətindən ümumilikdə 436 taekvondoçu iştirak edəcək.
Gənclər arasında ölkə birinciliyində ümumilikdə 317 idmançı (202 oğlan, 115 qız), böyüklər arasında ölkə çempionatında isə 119 taekvondoçu (81 kişi, 38 qadın) mübarizə aparacaq.
2026-cı ilin taekvondo üzrə daxili yarışlarının proqramına uyğun olaraq gənclər arasında ölkə birinciliyində 2009-2011-ci illər, böyüklər arasında isə 2008-ci il təvəllüdlü və daha böyük yaş qruplarına aid idmançılar iştirak edəcəklər.
Gənc oğlanlar 45, 48, 51, 55, 59, 63, 68, 73, 78 və +78 kq, gənc qızlar 42, 44, 46, 49, 52, 55, 59, 63, 68 və +68 kq çəki dərəcələrində yarışacaqlar.
Böyüklər arasında yarışlarda isə kişilər 54, 58, 63, 68, 74, 80, 87 və +87 kq, qadınlar isə 46, 49, 53, 57, 62, 67, 73 və +73 kq çəki dərəcələrində yarışacaqlar.
Çempionatın ilk üç günü gənclər arasında ölkə birinciliyinin görüşləri keçiriləcək. Böyüklər arasında Azərbaycan çempionatının qarşılaşmaları isə yarışın son günü dekabrın 27-də baş tutacaq.
Qeyd edək ki, yarışın açılış mərasimi 25 dekabr 15.00-da baş tutacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan bəstəkarlıq məktəbinin parlaq nümayəndələrindən olan Elza İbrahimova 10 yanvar 1938-ci ildə Hacıqabul (o vaxtkı Qazıməmməd) şəhərində dünyaya

Ən son

GÜNDƏM

Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci

GÜNDƏM

Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin