Nəşr edilmişdir 04/01/2025

Paylaşın

GÜNDƏM

Tətil günlərində paytaxtdan bölgələrə və əks istiqamətə 130 minə yaxın sərnişin daşınıb

IMG-20250401-WA0099

Azərbaycanda bayram günlərində, martın 19-31-də Bakıdan bölgələrə və əks istiqamətə 130 000-ə yaxın sərnişin daşınıb.

Baki-baku.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Gücləndirilmiş iş rejimi ərzində paytaxtdan bölgələrə və əks istiqamətə 7 386 reys həyata keçirilib, 130 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son illərin rekord göstəricisidir.

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 300-dən çox reys həyata keçirilib. Biletlər avtovağzalın kassalarından, eləcə də “biletim.az” portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib.

Qeyd edək ki, martın 19-20-də sərnişinlərin 48 %-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib. Digər günlərdə bu göstərici 25-30 % təşkil edib

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

XXI əsr nəqliyyatında etik, fizioloji və cəmiyyət normaları

Ən son

GÜNDƏM

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı və Nərimanov rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu

GÜNDƏM

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı və Nərimanov rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu