Nəşr edilmişdir 10/08/2024

Paylaşın

XƏBƏRLƏR

Bakıda Təhsilin İnkişafı Forumu başlayıb

Bakıda Təhsilin İnkişafı Forumu öz işinə başlayıb.

Report” xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş Təhsilin İnkişafı Forumu (TİF2024) “Tərəfdaşlıqdan tərəqqiyə” konsept mesajı ilə Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunub.

Forumun açılış mərasimində qeyd olunub ki, əsas məqsəd dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafına töhfə verməkdən ibarətdir. Eyni zamanda, dövlət-özəl əməkdaşlığı çərçivəsində layihələrin təşviqi, akademik təsisatların sənaye qurumları ilə fəaliyyətlərinin inteqrasiyası, insan kapitalının inkişafı tədbirin əsas mövzuları sırasındadır.

Tədbir üç panel üzrə peşəkar moderator və spikerlərin iştirakı ilə baş tutacaq. Dövlət, universitet və sənaye arasında əməkdaşlıq modellərinə nümunə olaraq müştərək tədqiqat mərkəzlərinin yaradılması və fəaliyyəti, tədqiqatlar üzrə tərəfdaşlıq, texnologiyanın transferi, inkubator və innovasiya mərkəzləri, sənaye təcrübə proqramları müzakirə mövzuları arasındadır.

Qeyd edək ki, Təhsilin İnkişafı Forumu ilk dəfə olaraq “Təhsildən tərəqqiyə” konsept mesajı ilə 2023-cü il noyabrın 1-də 350-dən artıq nümayəndənin iştirakı ilə keçirilib.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Karikatura sənəti tarix boyunca insanları düşündürən və güldürən bir ifadə vasitəsi olmuşdur. Karikaturanın yaranması qədim dövrlərə, xüsusilə də

xəbərlər

Ən son

XƏBƏRLƏR

Moda sənayesinin ən çox gözlənilən hadisələrindən biri Paris Moda Həftəsi bu il qalmaqalsız ötüşməyib.Baki-baku.az bu

XƏBƏRLƏR

Gözəl görünmək və sağlam olmaq üçün arıqlamaq, demək olar ki, hər bir kəsin arzusudur. Bundan

XƏBƏRLƏR

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi, ayrı-ayrı