Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/25/2025

Paylaşın

GÜNDƏM

Təbiətin möcüzəsi – Yağan balıq yağışı

IMG-20250725-WA0016

Hondurasın şimalında yerləşən Yoro şəhərində artıq 100 ildən çoxdur ki, sirli bir hadisə baş verir: güclü ildırımlı yağışlar zamanı səmadan sözün əsl mənasında balıq yağır. “Balıq yağan yağış” mənasını verən “Lluvia de Peces” kimi tanınan bu qeyri-adi hadisə ildə bir-iki dəfə baş verir və əsl möcüzə hesab olunur.
Baki-baku.az bildirir ki, əfsanəyə görə, hər şey XIX əsrdə başlayıb. İspaniyadan gəlmiş katolik missioner aclıqdan əziyyət çəkən yerli sakinlər üçün dua edib. Onun duasından sonra göydə güclü bir tufan qopub və yerə balıq tökülməyə başlayıb. O vaxtdan bəri bu hadisə mütəmadi olaraq təkrarlanır – həmişə Yoro ətrafında ildırımlı havada baş verir və hər dəfə insanlarda təəccüb doğurur.
Hadisənin elmi izahı hələ də yoxdur. Bir nəzəriyyəyə görə, balıqları Atlantik okeanından su burulğanları (su tornadoları) qaldırır. Amma hələ də sual açıq qalır: niyə balıq yalnız Yoro şəhərinə düşür və niyə bu qədər dəqiq təkrarlanır?
2023-cü ildə bu hadisə yeni bir mənaya sahib oldu: reklam agentliyi “Ogilvy və Regal Springs” şirkəti “Heaven Fish” layihəsini başladaraq bu möcüzəni yerli sakinlər üçün gəlir mənbəyinə çevirdi.
23 aprel 2023-cü ildəki yağış zamanı insanlar küçələrə torbalar, torlar və hətta hamaklarla çıxaraq balıq yığmağa başladılar. Yığdıqları balıqları — tilapiya, xanı, snapper — Regal Springs-ə təhvil verdilər. Balıq orada emal olunaraq ekoloji qablaşdırmaya yerləşdirildi və sonra ölkə üzrə restoranlara və mağazalara göndərildi.
“Heaven Fish” satışlarından əldə olunan gəlirin 80%-i Yoro sakinlərinə qayıdır. Məhsul artıq 200-dən çox satış nöqtəsinə, o cümlədən “TGI Fridays” və “Mongolian Wok” kimi məşhur şəbəkələrə çatdırılıb.
Balığın orta qiyməti — hər funt üçün təxminən 6 ABŞ dollarıdır. Bir çox ailə bir gündə 30 funta qədər balıq toplayaraq, adətən gündə 1 dollardan az gəliri olan bu bölgədə əhəmiyyətli qazanc əldə ediblər.
İndi Yoro şəhərində balıq yağan yağış, sadəcə sirli bir təbii hadisə deyil, həm də yerli icmanı dəstəkləyən bir gəlir mənbəyidir.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az bildirir ki, əfsanəyə görə, hər şey XIX əsrdə başlayıb