Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/09/2026

Paylaşın

GÜNDƏM

“Təmizlik bir günün işi deyil, bu düşüncə məsələsidir” – MÜSAHİBƏ

Bəzən bir insanın səssiz şəkildə atdığı addım bütöv bir şəhərə güzgü tutur. Küçədə qalan bir plastik qab, ağacdan asılan torba, səkiyə atılan siqaret kötüyü – hamısı adi görünür, amma arxasında böyük məsuliyyətsizlik dayanır. Bu məsuliyyətsizliyə qarşı mübarizə aparanlardan biri də könüllü şəkildə təmizlik işlərinə qoşulan Aynur Vəliyevadır. O, gördüklərini gizlətmir, susmur və cəmiyyətə birbaşa sual verir: “Bu şəhər doğrudanmı bizimdir?”

Baki-baku.az olaraq Aynur Vəliyeva ilə ətraf mühitin çirkləndirilməsi, insanların davranışı və çıxış yolları barədə söhbət etdik.

– Aynur xanım, sizi bu təşəbbüsə başlamağa nə vadar etdi?

–  Əsas səbəb insanların haqsız davranışlarıdır. Təmizlənən ərazilərin yenidən çirkləndirilməsi, insanın özünə rəva bilmədiyini başqasına görməsi məni çox narahat edirdi. Bunu sakit qarşılayıb susa bilmədim. Əvvəlcə bəzi ərazilərdə köhnə vəziyyətdə qalan zibil qabılarının dəyişdirilməsi ilə bağlı çəkilişlər etdim. O vaxt bəziləri düşünürdü ki, bu işi Mənzil Kommunal İstismar Sahələri mənə gördürür. Amma məsələ tam başqa idi. İlk vaxtlar çox gözəl reaksiyalar oldu, insanlar dəstək verdilər. Təəssüf ki, bu dəstək əsasən söz səviyyəsində qaldı. Zaman keçdi və insanlar yenə də ətrafı çirkləndirməyə davam etdilər. Düşünürəm ki, təşəbbüsüm mövcud vəziyyəti təxminən 20 faiz yaxşılaşdırıb, amma bu yetərli deyil.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb

Ən son

GÜNDƏM

Bəzən bir insanın səssiz şəkildə atdığı addım bütöv bir şəhərə güzgü tutur

GÜNDƏM

Bəzən bir insanın səssiz şəkildə atdığı addım bütöv bir şəhərə güzgü tutur
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin