Nəşr edilmişdir 11/29/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Təbiətə zərər verməyən plastik hazırlanır

Kanadanın Vaterloo Universitetinin tədqiqatçıları qida tullantılarını bioparçalanan plastikə çevirməyə imkan verən inqilabi texnologiya hazırlayıblar.
Baki-Baku.az bu barədə “ACS ES&T Engineering” jurnalına istinadən xəbər verir.
Yeni texnologiya yumşaq və elastik plastik istehsalını mümkün edir. Bu isə qida örtüklərinin hazırlanması, dərman maddələrinin çatdırılması, zədələnmiş toxumaların və orqanların bərpası kimi bir çox sahədə istifadə üçün böyük perspektivlər açır.
Tədqiqatçılar PHA tipli plastik istehsalında “Pseudomonas putida” adlı torpaq bakteriyalarından istifadə ediblər. Onların sözlərinə görə, yeni material kompost çuxurlarında, torpaqda, şirin və ya duzlu suda təbii olaraq zərərsiz yan məhsullara parçalana bilir.
Hazırda elmi qrup bu bioplastiklərin iqtisadi cəhətdən daha sərfəli üsulla istehsalını araşdırır.
“Hazırda bakterial hüceyrələrin parçalanması və polimerin çıxarılması prosesi baha başa gəlir. Komanda bütün istehsal prosesini böyükmiqyaslı kommersiyalaşdırma üçün daha effektiv və qənaətcil ekstraksiya metodu üzərində işləyir” , – deyə tədqiqatın müəllifləri bildiriblər.

Loading

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dekabrın 11-də Azərbaycana gələn futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suares, Serxio Buskets və Xordi Alba

Ən son

DİGƏR XƏBƏRLƏR

Regional istiləşmə həddini əvvəllər düşünüldüyündən daha tez görəcəyik.Baki-Baku.az bu barədə “Moskovski Komsomolets”ə istinadən xəbər verir.Məlumata

DİGƏR XƏBƏRLƏR

Bakıda səfərdə olan dünya futbolunun əfsanələrindən biri Lionel Messi və komanda yoldaşları Luis Suares, Serxio

DİGƏR XƏBƏRLƏR

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Baki-Baku.az bu barədə Milli Hidrometeorologiya Xidmətindən