Nəşr edilmişdir 04/30/2025

Paylaşın

GÜNDƏM

“Şərq Bazarı”nın keçmişindən bu gününə səyahət – FOTOLAR

IMG-20250430-WA0170

Bir çox möhtəşəm tarixi binaların məkanı olan Bakı şəhəri bu memarlıq abidələrinin bərpası və yenidənqurma işləri ilə estetik görünüşünü qoruyur, keçmişlə müasirlik arasında vəhdət yaradır. Paytaxtımızın tanınmasında xüsusi rol oynayan bu binalar daim dövlətimizin diqqət mərkəzindədir. Keçmişdən gələn, bərpa və yenidənqurmadan sonra bu gün də şəhərin gözəlliyinə rəng qatan memarlıq abidələrindən biri də “Şərq Bazarı”dır.

Baki-baku.az “Şərq Bazarı”nın tarixinə, fotolarla keçmişinə və bu gününə səyahət edir.

Azərbaycanın, xüsusilə də Bakının tarixində xüsusi yer tutan memarlıq abidəsi “Şərq Bazarı” ilkin olaraq kompleks bazar kimi fəaliyyət göstərib. Layihələndirilməsinə 1978-ci ildən başlanılmış kompleksin tikintisinə 1980-ci ildə start verilib və 1982-ci ildə bazarın rəsmi açılışı olub.

“Şərq Bazarı”nın ilkin layihələndirilməsi 1980-ci illərin məşhur memarları Uruzmaq Revazov, Pavel Yarinovski və Anatoliy Bessonov tərəfindən icra edilib. Kompleks 3-ü böyük, 13-ü kiçik olmaqla 16 gümbəzdən ibarətdir.


Nadir memarlıq üslubuna görə, “Şərq Bazarı” 2001-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilsə də, 2017-ci ildə aparılmış əsaslı müayinə işləri nəticəsində aşkar edilmişdi ki, fərqli təyinatlı ticarət obyektlərinin fəaliyyəti, kor-təbii formada həyata keçirilən davamlı istismar və baxımsızlıq binada ciddi zədələnmələrə, çatlara, aşınmalara, korroziyaya və deformasiyalara səbəb olub. Məhz bunları nəzərə alaraq kompleksin istismar göstəricilərini yaxşılaşdırmaq, davamlılığını artırmaq, normal işləmə qabiliyyətini təmin etmək məqsədilə mühəndis tədbirlərinin həyata keçirilməsi zərurəti yarandı. Əsaslı müayinədən sonra dərhal detallı layihələndirmə prosesinə başlanılıb və 2020-ci ildə bərpa işlərinə start verildi.

“Şərq Bazarı”nın tarixi fotoları


2022-ci il iyunun 6-da isə “Şərq Bazarı” kompleksi bərpa və yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə yaradılan şəraitlə tanış olublar.

“Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurması işləri icra olunarkən bir sıra nüanslara xüsusi diqqət yetirilib. Bərpa zamanı layihə komandasının qarşısında duran əsas vəzifələr ilkin konsepsiyanın qorunması və xüsusi elementlərin saxlanılması olub. Kompleksdə yenidənqurma zamanı yerli materiallardan maksimum istifadə edilib, həmçinin müasir texnologiya və avadanlıqların tətbiqinə xüsusi diqqət yetirilib.

“Şərq Bazarı”nın girişində kiril əlifbası ilə yazılmış orijinal yazı eyni kalliqrafiya inkişaf etdirilərək latın əlifbasına dəyişdirilib, daxildəki işarə və başlıqlar bazarın üslubuna uyğun yenidən dizayn olunub.

Kompleksin əsas atributu olan gümbəzlər müxtəlif iaşə obyektlərinin təyinatına görə dizayn edilib. Bazara gələn alıcıların rahatlığını təmin etmək üçün zərgərlik, əl işləri yarmarkaları, “Sandıqca” incəsənət nümunələrinin satışı bölməsi, “Tamaşa”, qəlyanaltılar, kafe və restoranlar, “Sehrli bazar”, emalatxanalar və sair bölmələrin hər biri ayrıca gümbəz və hissələrdə cəmləşdirilib.

“Şərq Bazarı” bərpa və yenidənqurmadan sonra


Onu da qeyd edək ki, Bakının sevimli simvollarından birinə çevrilmiş, ölkənin tarixi abidələri siyahısına daxil edilən “Şərq Bazarı” Azərbaycan tarixində ilk olaraq Ağa Xan Beynəlxalq Memarlıq Mükafatına namizəd olub.

Keçmişlə bu gün

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Ən son

GÜNDƏM

Keçmişdən gələn, bərpa və yenidənqurmadan sonra bu gün də şəhərin gözəlliyinə rəng qatan memarlıq abidələrindən

GÜNDƏM

Keçmişdən gələn, bərpa və yenidənqurmadan sonra bu gün də şəhərin gözəlliyinə rəng qatan memarlıq abidələrindən