Nəşr edilmişdir 12/13/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Səhər tezdən ac qarına bir stəkan su içmək faydalıdırmı?

Səhər ac qarına bir stəkan su içməyin həzmi yaxşılaşdıra biləcəyi fikri çox populyardır. Lakin əslində bu, həzmə heç bir təsir göstərmir, hətta onu çətinləşdirə bilər.
Baki-Baku.az bu barədə Gazeta.ru-ya isitnadən xəbər verir.
Rusiyalı qastroenteroloq Aliya Useyeva bildirib ki, səhər içilən bir stəkan suyun həzm proseslərini aktivləşdirmək üçün katalizator rolunu oynadığı fikri orqanizmin təmizlənməsinin qədim ənənələrindən qaynaqlanır.
“Həzm funksiyası sadəcə maye qəbulu ilə məhdudlaşmır. O, qidanın mədəyə daxil olması ilə başlayır ki, bu da ağız suyunun və həzm fermentlərinin ifrazına səbəb olur. Əslində, bir stəkan su özlüyündə bu prosesə əhəmiyyətli təsir göstərə bilməz. Şəxsən mən müşahidə etmişəm ki, bu tövsiyəyə əməl etməyə çalışan bəzi xəstələr bəzən qarında narahatlıq və ya ağırlıq hiss edirlər. Səhər yeməyindən əvvəl həddindən artıq su içmək hətta həzmi çətinləşdirə bilər”, – deyə Useyeva qeyd edib.
Onun sözlərinə görə, həzmi asanlaşdırmaq üçün mayeni yeməkdən əvvəl deyil, yemək zamanı içmək lazımdır.
“Hər insanın öz xüsusiyyətləri var və bunu nəzərə almaq vacibdir. Məsələn, qastroezofageal reflüksü olan insanlar üçün xoşagəlməz hisslərin qarşısını almaq üçün qidalanma zamanı maye qəbulunu məhdudlaşdırmaq daha faydalı ola bilər. Digər tərəfdən, müsbət məqamlar da var. Bir çox xəstələr mənə bildiriblər ki, səhər içilən bir stəkan su onların özlərini daha gümrah hiss etməsinə kömək edir, ümumi əhval-ruhiyyəni yaxşılaşdırır”, – deyə həkim bildirib.
Digər üstünlüklər arasında səhər tezdən maye qəbulunun orqanizmin nəmlənməsinə və böyrəklərin işinin yaxşılaşmasına kömək etməsi, həmçinin toksinlərin xaric olunmasını sürətləndirə bilməsi qeyd olunur.
“Beləliklə, ac qarına içilən bir stəkan su həzm proseslərini yaxşılaşdırmaq üçün universal vasitə deyil, lakin əhval-ruhiyyəyə müsbət təsir göstərən xoş səhər vərdişinə çevrilə bilər. Öz bədəninizi dinləmək və onun tələblərinə uyğun hərəkət etmək vacibdir”, – deyə Useyeva fikirlərinə yekun vurub.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə

Ən son

GÜNDƏM

Dekabrın 20-də “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının

ƏSAS XƏBƏRLƏR

Cari ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi”

GÜNDƏM

Bakıda “Keşlə bazarı”nda söküntü işlərinə başlanılması gələn il fevralın 1-nə qədər təxirə salınıb.Baki-Baku.az bu barədə