Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/06/2026

Paylaşın

TARİX

Süyümbikə xatun – İvan Qroznının qorxulu röyası  

Süyümbikə xatun

Kazanın oğlu əlindən alınıb vəftiz edilən, knyaz cəlladları tərəfindən öldürülən, nəşi çaya atılan hökmdarı

Tomrisin adı gələndə Kiri, Nüşabənin adı çəkiləndə Makedoniyalı İskəndərin, Sara xatun deyiləndə Vatikan kardinallarının, Osmanlı sultanlarının, Tutubikənin və Bəyim xanımın adı tutulanda Çar cəlladlarının heyrəti və sükutu göz önünə gəlir. Sülafə xatunla Süyümbikə xatunun Çar Rusyasına yaşatığı dəhşətlər isə milli mənlik və milli kimlik tariximizdə mücahid əzəmətidir.

Kazan türklərinin azadlıq simvoluna və rəmzinə dönən Süyümbikə xatun bir hökmdar və sərkərdə kimi Kazan xanlığının birlik bütövlük simgəsinə, bəlgəsinə döndü. Al qanı ilə yazdığı tarixin səhifəsinə  Knyaz İvan Qroznıya qarşı təkbaşına savaşan Hökmdar – Lider kimi yazıldı.

Qızıl Orda parçalandıqdan sonra yeni xanlıqlar meydana gəlir: Həştərxan, Noqay, Krım xanlıqları və Moskva knyazlığı ilə həmsərhəd olan Kazan xanlığı. Moskva ilə qonşuluq Kazan xanlığı üçün zaman-zaman gərginliklər yaradırdı. 1533-cü ildə taxta çıxan Canəli xan rusların nəzarəti altında böyümüşdü və onu rus çarı III Vasili idarə edirdi. Canəli xan Süyümbikə ilə  III Vasilinin icazəsi ilə evlənmişdi. Qızını milli ruhda yetişdirən Yusif Mirzə bu nikahın Kazan türkləri ilə münasibətləri yaxşılaşdıracağını, parçalanmış türk xanlıqlarını Moskva knyazlığına qarşı birləşdirəcəyini düşünürdü. Kazana gələn kimi dövlət idarəçilik sistemində möhkəmlənən Süyümbikə  xatun  qısa zaman kəsiyində xalq tərəfindən böyük hörmət qazanır.  Çünki Canəli xanın Moskva knyazlığının təsiri altında olması nə Kazan  xalqını, nə də Süyümbikə xatunu qane edirdi.  Bu səbəbdən də, iki ildən sonra əhalinin üsyanı Canəli xanın hakimiyyətdən uzaqlaşdırılması nəticələndi.

Səfa Girey xan  hakimiyyətini möhkəmlətmək üçün Süyümbikə xatunla   nikaha gedir

Canəli xanın  ölümündən sonra 1535-ci ildə Kazan taxtına Səfa Girey xan çıxır və  Kazanı idarə edir. Səfa Girey xan Canəli xandan fərqli olaraq, sərt xarakterə və güclü idarəçilik qabiliyyətinə malik idi. Onun idarəçiliyi dövründə Kazan xanlığında milli və islami dəyərlərə yüksək qiymət verilir. Səfa Girey xan  hakimiyyətini möhkəmlətmək üçün Süyümbikə xatunla  nikaha gedir. Kazanı Moskvanın əsarətindən qurtarmağa çalışan bu  qüdrətli dövlət xadimləri bütün məsələləri həll etmək üçün birlikdə qərar alırlar. Müstəqil siyasət yürütməyə başlayan Kazan xanlığı Moskvanı narahat etməyə başlayır. 1545-ci ildə Moskva ilə Kazan arasında münaqişə son həddə çatır. Bir il sonra Səfa Girey xan devrilir. Süyümbikə  xatunla  Səfa Girey xan Noqay xanlığına sığınır. Səfa Girey xanın yenidən taxta çıxması üçün Süyümbikə  xatun atası Yusif Mirzə ilə görüşür. Bundan sonra Kazana hərbi birlik göndərilir.

Moskvanın dəstəyi ilə taxta çıxan Şah Əli xan döyüşdə məğlub olur və Səfa Girey xan yenidən hakimiyyət başına keçir. Süyümbikə xatun da Kazana dönür  və xalq tərəfindən böyük sevgi ilə qarşılanır. Bir müddət sonra onun oğlu Ötəmiş dünyaya gəlir. Həmin vaxt Kazanda hakimiyyət uğrunda ayrı-ayrı zümrələrin savaşı davam edirdi.  

Ruslar Kazanı işğal etmək niyyətindən əl çəkmirlər, strateji məntəqələri tutaraq qalalar inşa etməyə başlayırlar

Bu ərəfədə, 1547-ci ildə Moskvada taxta IV İvan Qroznı çıxır. İki il sonra Səfa Girey xan dünyasını əyişir və xanlıq başçısız qalır. Xanın digər xatunlardan olan oğulları arasında taxt uğrunda mübarizə başlayır.  “Krım qruplaşması” deyilən zümrənin dəstəyi ilə onun 2 yaşlı oğlu – Ötəmiş varis elan edilir. Lakin o, azyaşlı olduğu üçün dövlət idarəçilik  məsələləri  himayədarı olan anası Süyümbikə xatuna həvalə edilir. Süyümbikə xatun  xanlığın başına ən ağır dövrdə keçir. Bir yandan Moskvanın Kazanı ələ keçirmək cəhdləri, digər tərəfdən isə  hakimiyyət uğrunda savaş açan, mübarizə aparan Krım bəylərinin Kazanı tutmaq  cəhd yeni hökmdar üçün ciddi qayğılar yaradır.

Süyümbikə xatun ölkədaxili düşmən qüvvələrlə, həm rus çarı IV İvan Qroznı,  həm də doğmaları ilə mübarizə aparmalı olur. 1550-ci ilin əvvəllərində Moskva ilə Kazan arasında hərbi münaqişə baş verir. Süyümbikə xatunun sərkərdəliyi ilə  Krım tatarları rus ordusuna qarşı müharibəyə başlayır. Moskva knyazı Süyümbikə xatuna məğlub olur, lakin ruslar Kazanı işğal etmək niyyətindən əl çəkmirlər. Strateji məntəqələri tutaraq qalalar inşa etməyə başlayırlar. Nə Kazan əhalisi, nə də Noqay xanlığından olan doğmaları Süyümbikə xatuna dəstək vermir. Tezliklə ruslar Kazanı həm iqtisadi, həm də siyasi cəhətdən mühasirəyə  alırlar. Süyümbikə xatun knyaz cəlladları ilə döyüşdə tək qalır. Bununla da  Kazan xanlığının axır dövrü başlayır.

İvan Qroznının göstərişi ilə Kazandakı məscidlər dağıdılır, tatarların milli və mədəni irsi məhv edilir

Süyümbikə xatun və oğlu Ötəmiş ruslara təslim edilir. Rus ordusunun müşayiəti ilə Moskvaya aparılır. 35 yaşında hakimiyyətdən uzaqlaşdırılan gənc və qüdrətli hökmdarın  taleyinin ağır günləri başlayır. İlyarım zindanda saxlanılır, 5 yaşlı oğlu isə əlindən alınır, xaç suyuna salınıb vəftiz edilir. Kazan xanlığının başına Moskvanın əlaltısı olan Şah Əli xan gətirilir. Süyümbikə xatun knyazın qərarı ilə  zorla onunla evləndirirlir. Lakin  Şah Əli xanın hakimiyyəti uzun çəkmir.  Qısa zaman kəsiyində  Kazan xanlığı Moskva knyazlığına tabe edilir. Bundan sonra İvan Qroznının göstərişi ilə Kazandakı məscidlər dağıdılır, tatarların milli və mədəni irsi məhv edilir. Süyümbikə xatun zorla nigaha vadar edildiyi ərini satqınlıqla ittiham edir. Sərt mövqeyi Kazanın  mərd hökmdarına baha başa gəlir.

Süyümbikə xatun müəmmalı şəkildə qətlə yetirilir. Tarixi sənədlər, rəsmi mənbələr sübut edir ki, xalq arasında deyildiyi kimi  Süyümbikə xatun əri  Şah Əli xan tərəfindən deyil, bilavasitə knyaz IV Qroznının göndərdiyi knyaz cəlladları tərəindən  öldürülmüş,   nəşi Krım  çayına atılmışdır.   Krım  Dövlət Arxivində  qorunan? İstanbulun  Nuri Osmaniyə kitabxanasında  mühafizə olunan sənədlər sübut edir ki,  Süyümbikə xatunun öldürülməsi, aradan götürülməsi Krım Xalq Hərəkatının qarşıının alınması və Krım xanlığının müstəqillik duyğularının söndürülməsi üçün törədilmiş tarixi cinayətlərdən biridir.  

Bu dəhşətli cinayətdən sonra Çar cəlladları Türküstanı, Azərbaycanı da bölüb parçalayacaq, sinəsinə “Gülüstan”, “Türkmənçay” dağları çəkəcək, Qarabağ xanı İbrahim xanı sarayını qılıncdan keçirəcək, Mehdiqulu xanın yadigarı, xanlığın tək və yeganə vərəsəsi Xurşudbanu Natəvanı Xasay xan Usmiyevlə nikaha vadar edəcək. Əmlakını bazarlara sürəcək, onun sinəsinə Süyümbikə xatundan betər dağlar çəkəcəkdi…

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Elə səslər var ki, onları heç nə ilə səhv salmaq mümkün deyil

Ən son

HƏR ŞEYDƏN

Müasir şəhər evlərinin damı sadəcə binanın bir hissəsi kimi görünür. Köhnə Bakıda isə dam gündəlik

HƏR ŞEYDƏN

Müasir şəhər evlərinin damı sadəcə binanın bir hissəsi kimi görünür. Köhnə Bakıda isə dam gündəlik
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin