Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/21/2025

Paylaşın

GÜNDƏM

Susuzluq hansı problemlərə səbəb olur?

Susuzlaşma orqanizmin itirdiyindən daha az maye qəbul etməsi nəticəsində yaranan və ciddi fəsadlara səbəb ola bilən bir haldır. Xüsusilə isti havalarda tərləmənin artması bu riski daha da yüksəldir. Bu səbəbdən yay aylarında bədənin maye balansına xüsusi diqqət yetirilməlidir.

Baki-baku.az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, rusiyalı endokrinoloq Gülnara Seyidova bu barədə xəbərdarlıq edib.

O, susuzlaşmanın əlamətləri və isti havada düzgün maye qəbulunun yolları barədə məlumat verib.

Mütəxəssis orqanizmdə maye çatışmazlığının ilk əlamətləri kimi ağız və selikli qişalarda quruluq, tünd və qatı sidik, sidik ifrazının azalması, baş ağrısı, yorğunluq, başgicəllənmə, əzələ qıcolmaları və zəiflik hissini qeyd edib. Daha ağır hallarda isə şüur pozğunluğu, arterial təzyiqin düşməsi və huşun itməsi mümkündür.

Seyidovanın sözlərinə görə, su mütləq tez-tez və az miqdarda qəbul edilməlidir. Elektrolitli içkilər (izotoniklər, rehidrasiya məhlulları) isə bədənə itirdiyi duz və mineralları bərpa etməkdə kömək edir. Alternativ olaraq hindqozu şirəsi, şorbalar və bulyonlar da faydalı ola bilər.

Həkim qeyd edib ki, susuzluq hiss etməsəniz belə, müntəzəm olaraq su içmək vacibdir. Eyni zamanda, kofeinli və alkoqollu içkilərdən uzaq durmaq, yüngül və açıq rəngli geyimlər geyinmək, həmçinin günün ən isti saatlarında günün altında çox qalmamaq tövsiyə olunur.

Əgər susuzlaşma əlamətləri artırsa və ya ağır vəziyyət yaranarsa, mütləq həkimə müraciət olunmalıdır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Formula-1 üzrə "Azərbaycan Qran Pri" yarışları ilə əlaqədar sentyabrın 15-dən paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin