Çiy balıqla düyü — yapon mətbəxinin simvoludur. Amma suşinin vətəni əslində Yaponiya deyil, tropik Cənub-Şərqi Asiyadır.
Əlinizə çubuqları alıb suşi parçasını soya sousuna batıranda, sanki Yapon mədəniyyətinin özünə toxunduğunuzu düşünürsünüz. Lakin həqiqət çox daha təəccüblüdür — suşi heç də yaponların ixtirası deyil!
Baki-baku.az bildirir ki, bu yeməyin tarixi min ildən də öncə, Cənub-Şərqi Asiyanın tropik bölgələrində başlayıb. Orada insanlar bişmiş düyüdən… təbii konservant kimi istifadə edirdilər.
O zamanlar düyü yeyilmirdi — onun əsas vəzifəsi balığın ətrafında mayalanaraq turş mühit yaratmaq və beləliklə, balığı aylarla qorumaq idi. Bu ilkin forma nare-zusi adlanırdı və Yaponiya bu üsulla xeyli sonralar tanış oldu.
Yalnız XIV–XVI əsrlərdə yaponlar düyüyə qəsdən sirkə əlavə etməyə başladılar — bu isə suşinin taleyini kökündən dəyişdi. Sirkə düyüyə təkcə kəskin dad vermədi, həm də fermentasiya müddətini qısaltdı. Bu isə ilk dəfə olaraq, balıqla düyünün birlikdə yeyilməsinə imkan verdi — və beləliklə, bu gün tanıdığımız suşiyə doğru ilk addımlar atıldı.
XIX əsrin əvvəllərində isə yapon aşpaz Yoxey Hanay əsl kulinariya inqilabı etdi: o, ilk dəfə çiy balığı birbaşa sirkəli düyünün üzərinə qoymağı təklif etdi. Məhz beləliklə, bütün dünyanı fəth edən müasir suşi formalaşdı.
Məlum olur ki, bu məşhur Yapon yeməyi əslində Cənub-Şərqi Asiyanın cəngəlliklərindən gəlir, zamanla sirkənin köməyi ilə dəyişib və yalnız bundan sonra “çiy parıltı”sını qazanıb. Suşinin tarixi təkcə dadla yox, həm də qlobal qida təkamülü, ənənələr və miflərlə bağlıdır.
Hacı Cavadov