Nəşr edilmişdir 09/28/2024

Paylaşın

GÜNDƏM

Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi bəlli oldu

Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi bəlli olub.

Report“un Şuşaya ezam olunan əməkdaşının məlumatına görə, 8 qrossmeysterin mübarizə apardığı turnirdə ilk pillənin sahibi blits yarışlarının yekunundan sonra müəyyənləşib.

14 turun nəticələrinə əsasən Yan Nepomnyaşi (FIDE) 19 xalla turniri qalib kimi başa vurub.

Özbəkistanlı Nodirbek Abdusattorov 18 xalla ikinci yerdə qərarlaşıb .

16 xal toplayan Azərbaycan millisinin üzvü Şəhriyar Məmmədyarov isə üçüncü yerlə kifayətlənib.

Qeyd edək ki, Vüqar Həşimov Memorialının ilk iki günündə rapid, üçüncü günündə isə blits oynanılıb.

Xatirə turnirində Azərbaycanın üç şahmatçısı – Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlı ilə yanaşı, Nodirbek Abdussatorov (Özbəkistan), Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) iştirak ediblər.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakıda bayram günlərində 34, rayonlarda 37 dərəcə isti olacaq.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, hərbi qulluqçular saat 10:00-dan başlayaraq 12:00-dək bəzi marşrutlar üzrə yürüş edibər.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, hərbi qulluqçular saat 10:00-dan başlayaraq 12:00-dək bəzi marşrutlar üzrə yürüş edibər.