Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/08/2025

Paylaşın

TARİXİMİZ

Şuşa şəhəri gününü qeyd edir

Şuşa Şəhəri Günü, Şuşa Şəhəri

Noyabrın 8-də Azərbaycanda Şuşa Şəhəri Günü qeyd olunur.

Baki-baku.az xatırladır ki, bu tarix Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli sərəncamı ilə hər il rəsmi şəkildə qeyd olunan əlamətdar gündür.

Şuşa 2020-ci ilin 8 noyabrında – Vətən müharibəsinin 43-cü günündə Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli əsgərlərimiz tərəfindən işğaldan azad edilib. Məhz həmin gün Prezident xalqa müraciətində Şuşanın azad olunduğunu elan edib və şəhərin üzərində üçrəngli Azərbaycan bayrağı qaldırılıb.

Şuşa uğrunda döyüşlər İkinci Qarabağ müharibəsinin ən həlledici mərhələlərindən biri olub. Qəhrəman Azərbaycan əsgərləri sıx meşələrdən, dərin yarğanlardan və sərt dağ yollarından keçərək şəhərə daxil olublar. Ermənistanın “İskəndər” raketləri ilə hücumlarına baxmayaraq, Ordumuz qısa müddətdə düşməni şəhərdən qovub.

2021-ci ilin mayında Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Elə həmin ay Cıdır düzündə illər sonra “Xarıbülbül” musiqi festivalı keçirilib.

Azadlıqdan sonra Şuşada geniş bərpa və yenidənqurma işləri aparılır. “Böyük Qayıdış” Dövlət Proqramına əsasən, şəhərə ilk köç 2024-cü il mayın 10-da baş tutub. 2024-cü il oktyabrın 21-də isə Şuşanın 2040-cı ilədək inkişafını əhatə edən Baş plan təsdiqlənib.

Bu gün Şuşa təkcə qələbə və zəfərin simvolu deyil, həm də Azərbaycanın mədəni və mənəvi dirçəlişinin rəmzidir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə yazıçı, publisist Şahanə Müşfiqin Vətən müharibəsi şəhidimiz mayor Natiq İsmayılovun
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin