İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamındakı “Suraxanı Maşınqayırma Zavodu” ASC-nin nizamnamə kapitalı 1 milyon 307 min 740 manat və yaxud 7,5 % artırılaraq 17 milyon 532 min 322 manatdan 18 milyon 840 min 62 manata çatdırılıb.
Baki-baku.az xəbər verir ki, kapital artımı “Azərbaycan Elmi Tədqiqat və Layihə Konstruktor Neft Maşınqayırma İnstitutu” ASC-nin ona qoşulması ilə bağlı baş verib.
Son nəticədə “Suraxanı Maşınqayırma Zavodu” yenidən təşkil edilib.