Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/03/2025

Paylaşın

TARİX, TARİXİMİZ

Suqovuşan və Talışın işğaldan azad edilməsindən 5 il ötür

IMG-20251003-WA0011

Bu gün Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndinin işğaldan azad edilməsindən 5 il ötür.

Baki-baku.az xatırladır ki, 2020-ci ilin oktyabrın 3-də Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatı çərçivəsində bu strateji əhəmiyyətli əraziləri erməni işğalından azad etdi. Bu uğurlu əməliyyatla Suqovuşan və Talış kəndləri uzun illər sonra Vətən müharibəsi zamanı yenidən Azərbaycanın nəzarətinə keçdi.

Suqovuşanın azad edilməsi ilə mühüm təminat yolları və yüksəkliklər ölkəmizin əlində cəmləşdi, bu isə cəbhədə üstünlüyün qorunmasında vacib rol oynadı. Həmin döyüşlərdə düşmən ciddi itkilərə məruz qaldı.

Bu tarixi hadisə Azərbaycan ordusunun gücünü, qətiyyətini və vətənpərvərliyini bir daha nümayiş etdirdi. Suqovuşan və Talışın azad edilməsi həm də bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm addım oldu.

Azərbaycan Ordusu gün ərzində, həmçinin, Tərtər rayonunun Talış, Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndini tamamilə işğaldan azad edir.

Bu gün biz həm Suqovuşanın və Talışın azad edilməsinin 5 illiyini qeyd edir, həm də o günlərin qəhrəmanlarını böyük minnətdarlıqla anırıq. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda edənlər heç vaxt unudulmayacaq.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Antalya şəhərində keçirilən Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin