Nəşr edilmişdir 02/10/2025

Paylaşın

GÜNDƏM

Süni intellekt əsaslı incəsənət hərracı keçiriləcək

IMG-20250210-WA0077

Əvvəllər süni intellekt tərəfindən yaradılmış əsərlərin satışını həyata keçirmiş “Christie’s” hərrac evi neyron şəbəkə incəsənətinə həsr olunmuş ilk sərgisini elan edib.
Baki-baku.az xəbər verir ki, “Augmented Intelligence” adlı hərrac fevralın 20-də Nyu-Yorkda “Christie’s Rockefeller Center” qalereyasında açılacaq.
İştirakçılardan biri rəssam və “Spawning AI” süni intellekt startapının yaradıcısı Met Drayherstdır. Sərginin əsas eksponatı real vaxt rejimində rəsm əsərləri yaradan robot olacaq. Hərracın keçirilməsində məqsəd süni intellektin rəssamların imkanlarını necə genişləndirə və yaradıcılıqda yeni üfüqlər aça biləcəyini nümayiş etdirməkdir.
Rəssamlar sosial şəbəkələrdə bildiriblər ki, bir çox generativ süni intellekt alətləri müəlliflərin icazəsi olmadan əsərlər üzərində təlim keçib. Onların fikrincə, belə hərraclar əllə işləyənlərin ziyanına olan bu yanaşmanı yalnız məşhurlaşdırır. Hərracın ləğv edilməsinin tələb olunduğu açıq məktub artıq 1,8 mindən çox imza toplayıb.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakının Nərimanov rayonu üzrə abonentləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəza aradan qaldırılıb.

Ən son

GÜNDƏM

Artıq Boz ay ölkəmizi gəlişi ilə silkələyib. Neçə gündür ki, qar yağır, hava soyuyub, şaxta-sazaq

GÜNDƏM

Artıq Boz ay ölkəmizi gəlişi ilə silkələyib. Neçə gündür ki, qar yağır, hava soyuyub, şaxta-sazaq