Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/09/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Süni dadlandırıcılar beyin sağlamlığına təsir edə bilər

“Neurology” jurnalında dərc olunan yeni araşdırma bəzi süni dadlandırıcıların uzunmüddətli beyin sağlamlığına mənfi təsir göstərə biləcəyini ortaya qoyub.
Baki-baku.az “MedicalXpress” portalına istinadla xəbər verir ki, Braziliyanın Sao Paulo Universitetindən alimlərin apardığı tədqiqatda 12 min 772 nəfər böyüklə bağlı məlumatlar təhlil edilib. Orta yaş 52 olan iştirakçılar səkkiz il ərzində izlənilib və onların qidalanma vərdişləri ilə koqnitiv test nəticələri müqayisə olunub.
Nəticələrə görə, ən çox süni dadlandırıcı qəbul edənlərdə yaddaş və düşünmə bacarıqları ən az qəbul edənlərlə müqayisədə 62 faiz daha sürətli zəifləyib. Bu, təxminən 1,6 il daha tez qocalmağa bərabərdir. Orta istehlakçılarda zəifləmə 35 faiz daha çox olub. Əlaqə, xüsusilə, 60 yaşdan aşağı şəxslərdə və diabetli insanlarda daha güclü müşahidə edilib. Aspartam, saxarin, asesülfam-K, eritritol, ksilitol və sorbitol koqnitiv tənəzzüllə əlaqələndirilib. Yalnız taqatoza ilə belə bir əlaqə tapılmayıb.
Tədqiqatçılar bildirirlər ki, süni dadlandırıcılar çox vaxt sağlam alternativ kimi qəbul olunsa da, onların uzunmüddətli təsirləri düşündüyümüz qədər zərərsiz olmaya bilər.
Mütəxəssislər nəticələrin hələ səbəb-nəticə əlaqəsini tam sübut etmədiyini vurğulayır və bal, ağcaqayın siropu kimi digər alternativlərin araşdırılmasına ehtiyac olduğunu bildirirlər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda gecədən səhərə kimi davam edən güclü külək nəticəsində altı ağac aşıb, üç ağacın budaqları qırılıb.

Ən son

GÜNDƏM

Ötən il Bakıda 227 milyon sərnişinin metrodan istifadəsi nəticəsində 430 min ton CO₂ emissiyasının qarşısı

GÜNDƏM

Ötən il Bakıda 227 milyon sərnişinin metrodan istifadəsi nəticəsində 430 min ton CO₂ emissiyasının qarşısı
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin