Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/10/2025

Paylaşın

GÜNDƏM

Sumqayıtı Bakı ilə əlaqələndirən yeni marşrut xətti istifadəyə verilir

IMG-20251110-WA0057

Sumqayıt şəhərindən paytaxta böyük sərnişin axını nəzərə alınaraq, həmçinin vətəndaşların metronun “20 Yanvar” stansiyası istiqamətində sürətli və rahat gedişlərini təmin etmək məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 500 nömrəli müntəzəm avtobus marşrutu təşkil edilib.

Baki-baku.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadla xəbər verir ki, noyabrın 12-dən fəaliyyətə başlayacaq yeni marşrut üzrə avtobuslar başlanğıcını Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən (Heydər Əliyev parkı) götürəcək, Nəriman Nərimanov küçəsi, Sülh prospekti və Ceyranbatan qəsəbəsindən keçməklə hərəkət edəcək. Son dayanacaq məntəqəsi paytaxtın Seyid Cəfər Pişəvari küçəsi müəyyən edilib.

Marşrut üzrə 20 ekoloji cəhətdən təmiz, CNG texnologiyası ilə təchiz edilən böyüktutumlu avtobus sərnişinlərə xidmət göstərəcək.

Qeyd olunan istiqamətdə avtobuslar saat 05:45-dən 23:00-dək fəaliyyət göstərəcək.

500 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət intervalı 7-8 dəqiqə təşkil edəcək. Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək, gedişhaqqı 0,80 AZN müəyyən edilib.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 Noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin