Əziz Lukanın ikonu, Əziz Kristoferin əlyazması olan “İncil” və III Monoel Komenosun bağışladığı müqəddəs xaç parçası 8 il sonra 1931-ci ildə Yunanıstanın rəsmi göstərişi və icazəsi ilə göndərilən keşiş vasitəsi ilə Trabzondan, Mağara kilsəsindən çıxarılaraq Vermian dağına (Yunanıstana) aparılır.
Zəngin təbiəti və mədəniyyəti ilə seçilən Trabzonun Maçka bölgəsinin 1200 metr yüksəkliyində, sərt-sıldırım qayalardan asılı vəziyyətdə yerləşən bir kilsə var – adı Sumela.
Bizim eranın 386-cı ilində Roma İmperatoru I Teodosun dönəmində tikilən bu kilsənin tarixi Afinada yaşayan iki keşişin adı ilə bağlıdır. Deyirlər keşiş Boriobos və Sofronos, eyni zamanda yuxularında Məryəm ananın çağırışını eşidirlər. Onlar röyada həm də Qaradağlarda bir mağarada Əziz Lukanın I yüzildə yapdığı ikonanı bulurlar. Həmin möcüzəli əsər əziz Lukaya mükafat olaraq göndərilən dünyada mövcud olan 4-5 ikonadan biri idi. Boribobos Sofronos ikonanı yerdən qaldırıb mağaranın divarına asırlar. VI yüzildə Kral Yustinian mağaranı bir qədər də genişləndirir. XIII ildə Trabzon Komdenos İmparatorluğu zamanında bu gün dillərə dastan olan 5 mərtəbədən, 72 odadan ibarət tarixi tikili qurulur. Kilsə 10 ibadət otağı, kitabxana, Ayazmacan bürcü ilə tamamlanır. İlahilərin əks olunduğu freskalar-təsvirlər kilsə mədəniyyəti tarixinin zirvəsi kimi tarixə yazılır. Mağara kilsəsinin əsas ünvanına, imzasına çevrilir.

Ağqoyunlu hökmdarlarının qoruduğu, Fateh Mehmetin haqqında fərman imzaladığı Tanrı evi
1461-ci ildə Fateh Sultan Mehmet Trabzonu fəth etdikdən sonra Monastrı yıxmaq deyil, yenidən bərpa etmək barədə fərman imzalayır. Ağqoyunlular İmperiyası zamanı hökmdarı Uzun Həsənin və anası Sara xatunun himayəsində olan Mağara kilsəsi bununla da Fateh Mehmetin qayğısı ilə əhatə edilmiş olur. Fateh Mehmetden sonrakı Sultanlar da kilsəni xüsusi fərmanlarla dövlət himayəsinə alırlar. 1500 il boyunca Qara Dənizin incisinə çevrilən, xristian dünyasının üç Hacc yerindən biri kimi şöhrət tapan mağara kilsəsi insanların Tanrı ilə dialoq ünvanına dönür.

Vermian dağında Ponakia Sumela Monastrında qorunan incilər
1923-cü ildə “Lozanna Sülh müqaviləsi” və mübadiləsi ilə Pontus rumları Qara Dəniz ətrafından sürgün edilir. Belə bir ərəfədə kilsənin son Baş rahibi Yeremias üç xəzinəni dəmir bir sandığa qoyub Əziz Barbara Şapelinin – sənduqəsinin təməlinə yerləşdirir.
Əziz Lukanın ikonu, Əziz Kristoferin əlyazması olan “İncil” və III Monoel Komenosun bağışladığı müqəddəs xaç parçası 8 il sonra 1931-ci ildə Yunanıstanın rəsmi göstərişi və icazəsi ilə göndərilən keşiş vasitəsi ilə Trabzondan, Mağara kilsəsindən çıxarılaraq Vermian dağına (Yunanıstana) aparılır. Bu indi Sumela kilsəsi adlanan Monastr-kilsənin tarixində kədərli hadisə idi. Bu gün Yunanıstanda Vermian dağında Ponakia Sumela Monastrında qorunan incilər barədə o da məlumat verilir ki, 1930-cu ildə Sumelada çıxan yanğın zamanı taxtadan olan hissələr yanıb. Kilsə 6 illik bərpadan sonra 2020-ci ilin iyulunda yenidən qapılarını insanların üzünə açıb. Trabzonun incisi kimi UNESCO-nun xətti ilə dünyanın maddi-mədəni irsi siyahısına daxil edilən Sumela Monastrı bu gün də ziyarətçilərini, daha doğrusu hacılarını qəbul etməkdədir. Hər il avqustun 15-də burada Məryəm ana Bayramında xüsusi ayinlər təşkil edən xristianlar həmin gün həm də iki keşişi Boriobos və Sofronosu ehtiramla yad edirlər.
Şərəf Cəlilli