Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/10/2026

Paylaşın

TARİX

Sumela kilsəsi – Xristian dünyası üçün üç Hacc ünvanından biri

280558.jpg

Əziz Lukanın ikonu, Əziz Kristoferin əlyazması olan “İncil” və III Monoel Komenosun bağışladığı müqəddəs xaç parçası 8 il sonra 1931-ci ildə  Yunanıstanın rəsmi göstərişi və icazəsi ilə göndərilən keşiş vasitəsi ilə Trabzondan, Mağara kilsəsindən çıxarılaraq Vermian dağına (Yunanıstana) aparılır. 

Zəngin təbiəti və mədəniyyəti ilə seçilən Trabzonun Maçka bölgəsinin 1200 metr yüksəkliyində, sərt-sıldırım qayalardan asılı vəziyyətdə yerləşən bir kilsə var – adı Sumela.

Bizim eranın 386-cı ilində Roma İmperatoru I Teodosun dönəmində tikilən bu kilsənin tarixi Afinada yaşayan iki keşişin adı ilə bağlıdır. Deyirlər keşiş Boriobos və Sofronos, eyni zamanda yuxularında Məryəm ananın çağırışını eşidirlər. Onlar röyada həm də Qaradağlarda bir mağarada Əziz Lukanın I yüzildə yapdığı ikonanı bulurlar. Həmin möcüzəli əsər əziz Lukaya mükafat olaraq göndərilən dünyada mövcud olan 4-5 ikonadan biri idi. Boribobos Sofronos ikonanı yerdən qaldırıb mağaranın divarına asırlar. VI yüzildə  Kral Yustinian  mağaranı bir qədər də genişləndirir. XIII ildə Trabzon  Komdenos İmparatorluğu zamanında bu gün dillərə dastan olan 5 mərtəbədən,  72 odadan ibarət tarixi tikili qurulur.  Kilsə 10 ibadət otağı, kitabxana,  Ayazmacan bürcü ilə tamamlanır. İlahilərin əks olunduğu  freskalar-təsvirlər kilsə mədəniyyəti tarixinin zirvəsi kimi tarixə yazılır. Mağara kilsəsinin əsas ünvanına, imzasına çevrilir. 

Ağqoyunlu hökmdarlarının qoruduğu, Fateh Mehmetin haqqında fərman imzaladığı Tanrı evi

1461-ci ildə Fateh Sultan Mehmet Trabzonu fəth etdikdən sonra Monastrı yıxmaq deyil, yenidən bərpa etmək barədə fərman imzalayır. Ağqoyunlular İmperiyası zamanı  hökmdarı  Uzun Həsənin və anası Sara xatunun himayəsində olan Mağara kilsəsi bununla da  Fateh Mehmetin qayğısı ilə əhatə edilmiş olur. Fateh Mehmetden sonrakı Sultanlar da kilsəni xüsusi fərmanlarla dövlət himayəsinə alırlar. 1500 il boyunca Qara Dənizin incisinə çevrilən, xristian dünyasının üç Hacc yerindən biri kimi şöhrət tapan mağara kilsəsi insanların Tanrı ilə dialoq ünvanına dönür.

Vermian dağında  Ponakia Sumela Monastrında qorunan incilər

1923-cü ildə “Lozanna Sülh müqaviləsi” və mübadiləsi ilə Pontus rumları  Qara Dəniz ətrafından sürgün edilir.  Belə bir ərəfədə kilsənin son Baş rahibi  Yeremias üç xəzinəni dəmir bir sandığa qoyub Əziz Barbara Şapelinin – sənduqəsinin təməlinə yerləşdirir.

Əziz Lukanın ikonu, Əziz Kristoferin əlyazması olan “İncil” və III Monoel Komenosun bağışladığı müqəddəs xaç parçası 8 il sonra 1931-ci ildə  Yunanıstanın rəsmi göstərişi və icazəsi ilə göndərilən keşiş vasitəsi ilə Trabzondan, Mağara kilsəsindən çıxarılaraq Vermian dağına (Yunanıstana) aparılır. Bu indi Sumela kilsəsi adlanan Monastr-kilsənin tarixində kədərli hadisə idi. Bu gün Yunanıstanda Vermian dağında  Ponakia Sumela Monastrında qorunan incilər barədə o da məlumat verilir ki, 1930-cu ildə Sumelada çıxan yanğın zamanı taxtadan olan hissələr yanıb. Kilsə 6 illik bərpadan sonra 2020-ci ilin iyulunda yenidən qapılarını insanların üzünə açıb.  Trabzonun incisi kimi UNESCO-nun xətti ilə dünyanın maddi-mədəni irsi siyahısına daxil edilən Sumela Monastrı bu gün də ziyarətçilərini, daha doğrusu hacılarını qəbul etməkdədir. Hər il avqustun 15-də burada Məryəm ana  Bayramında xüsusi ayinlər təşkil edən xristianlar həmin gün həm də iki keşişi Boriobos və Sofronosu ehtiramla yad edirlər. 

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakının Sabunçu rayonunun bəzi ərazilərində qaz kəsilib.

Ən son

GÜNDƏM

Xəzər dənizində 3.1 maqnitudalı zəlzələ qeydə alınıb.

GÜNDƏM

Xəzər dənizində 3.1 maqnitudalı zəlzələ qeydə alınıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin