Nəşr edilmişdir 11/14/2024

Paylaşın

GÜNDƏM

Soyuq havalarda papaq qoymayanlara həkimdən xəbərdarlıq

Papaq qoymayanlara həkimdən xəbərdarlıq

Payız-qış mövsümündə qeyri-sabit hava şəraitində başı və qulaqları soyuqdan və küləkdən qorumaq vacibdir.

Baki-baku.az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.

Rusiyalı nevroloq Yuliya Valuyskaya xəbərdarlıq edib ki, soyuqdan və küləkdən qorunmadığı halda üz sinirinin zədələnməsi və üz əzələlərinin iflic olması riski var.

O deyir ki, tez-tez hipotermiya fonunda gicgah-alt çənə bölgəsində iltihablanma baş vermə qorxusu var, bu da xəstənin şiddətli ağrı hiss etməsinə səbəb ola bilər. Nəticədə üz əzələlərinin zəifləməsinə və iflicə yol açar.

“Əgər üzünüzdə qəfil asimmetriya müşahidə etsəniz, dərhal həkimə müraciət etmək lazımdır, çünki bu simptom həm də insult üçün xarakterikdir. Əgər bu diaqnoz təsdiqini tapmasa, o zaman müşayiət olunan xəstəliklərdən asılı olaraq, üz sinirinin nevriti olan xəstə ya 24 saatlıq stasionarda, ya gündüz stasionarında, ya da ambulator şəraitdə müalicə olunur”, – deyə Yuliya Valuyskaya qeyd edib.

“Üzdə ağrı varsa, əvvəlcə ağrının təbiətini (iltihabi və ya neyropatik) qiymətləndirmək, daha sonra müalicənin necə aparılacağına qərar vermək lazımdır”, – deyə həkim fikirlərini sonlayıb.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Maqnit qasırğaları tac kütləsinin atılması və ya Günəşdə partlayışlar nəticəsində yaranır. Hazırda biz 25-ci Günəş siklindəyik ki, bu,

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyənin Bolu vilayətində “Kartalkaya” xizək mərkəzindəki hoteldə baş verən

GÜNDƏM

Türkiyənin Bolu bölgəsinin “Kartalkaya” xizək mərkəzinin hotelində yanğın baş verib. Hadisə nəticəsində 66 nəfər ölüb,

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş verən