Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/25/2026

Paylaşın

HƏR ŞEYDƏN

Soyadı etiraz simvoluna çevrilmiş şəxs

IMG-20260325-WA0001

12 mart 1832-ci ildə elə bir şəxs dünyaya gəlib ki, onun soyadı zamanla ən məşhur siyasi anlayışlardan birinə çevrildi. Çarlz Kanninqem Boykot – istefaya çıxmış britaniyalı kapitan idi və bu gün onun həyat hekayəsini bilməyənlər belə adını eşidib.

XIX əsrin sonlarında İrlandiya ağır dövrdən keçirdi. Məhsul qıtlığı və yoxsulluq minlərlə fermeri çətin vəziyyətə salmışdı. Torpaqlar ingilis mülkədarlarına məxsus idi, yerli sakinlər isə həmin torpaqları icarəyə götürərək yüksək ödənişlər edirdilər.

Boykot Meyo qraflığında lord Ernin mülkündə idarəçi vəzifəsində işləyirdi. 1880-ci ilin payızında məhsul az oldu və icarəçilər kirayə haqqının təxminən dörddə bir endirilməsini tələb etdilər. Torpaq sahibləri isə yalnız cüzi endirimə razılaşdılar. Kəndlilər əvvəlki ödənişi verməkdən imtina edəndə, Boykot onları torpaqdan çıxarmaq niyyətinə düşdü. Bu dəfə hadisələr fərqli inkişaf etdi.

Həmin dövrdə İrlandiyada icarəçilərin hüquqlarını qoruyan Torpaq Liqası fəaliyyət göstərirdi. Onun lideri, məşhur siyasətçi Çarlz Stüart Parnell zorakılıqdan uzaq, yeni bir üsul təklif etdi: ədalətsiz davranan insanları cəmiyyətdən tam təcrid etmək.

Meyo sakinləri bu çağırışa tez qoşuldular və işçilər Boykotun sahələrində işləməkdən imtina etdilər, mağazalar ona satış etmədi. dəmirçilər atlarına qulluq göstərmədi, camaşır yuyanlar onun paltarlarını qəbul etmədi, qonşular isə onunla ünsiyyəti tam dayandırdı.

Beləliklə, Boykot tamamilə cəmiyyətdən təcrid olundu.

Məhsulu toplamaq üçün Britaniya hakimiyyəti Ulsterdən təxminən 50 işçi gətirdi və onların təhlükəsizliyi üçün Meyoya minə yaxın əsgər və polis göndərildi. Görülən tədbirlərin xərci isə məhsulun dəyərindən dəfələrlə çox oldu.

Məhz bu hadisələr zamanı yerli keşiş Con O’Melli jurnalistlərlə söhbətində bu yeni etiraz üsulunu “boykot” adlandırmağı təklif etdi — idarəçinin soyadına uyğun olaraq.

Qəzetlər bu sözü sürətlə yaydı və “boycott” termini qısa müddətdə ingilis dilinə daxil oldu, daha sonra isə bütün dünyada istifadə olunmağa başladı.

Maraqlıdır ki, bu hadisələrdən sonra Boykot faktiki olaraq İrlandiyanı tərk etdi. O, həyatının qalan hissəsini İngiltərədə keçirdi və 1897-ci ildə orada vəfat etdi. Taleyin ironiyası ondadır ki, onun soyadı məhz insanların onunla əlaqəni kəsməsi nəticəsində bütün dünyada məşhurlaşdı.

Murad Muxtarov

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu çərçivədə təmir işləri paytaxtın bir sıra avtomobil yollarında bu gün saat 08:00-dan start

Ən son

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin