Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/29/2025

Paylaşın

GÜNDƏM

“Sovetski”dəki söküntü ilə bağlı rəsmi açıqlama verilib

“Sovetski”, Bakı Şəhər İcra Hakimiyyəti, BŞİH

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müxtəlif KİV-lərdə keçmiş “Sovetski” adlanan ərazidə tarixi binaların söküntüsü və onlara müdaxilə ilə bağlı yayılmış məlumatlarla bağlı açıqlama verib.

BŞİH Mətbuat xidmətindən Baki-baku.az-a bildirilib ki, qeyd edilən ərazidə rəsmi dövlət reyestrində olan heç bir tarixi bina, o cümlədən tarixi əhəmiyyət kəsb edən digər binaların söküntüsü nəzərdə tutulmayıb.

“Hazırda bu ərazidə yalnız qəzalı vəziyyətdə olan, istismar müddətini başa çatdırmış binaların söküntüsü həyata keçirilir. Mirzə Fətəli 31 ünvanında yerləşən bina sökülüb, ona bitişik olan binalar isə tarixi memarlıq abidəsi olduğu üçün söküntü işləri həyata keçirilməyib. Söküntü işləri başa çatdırıldıqdan sonra bu binanın əsaslı bərpası nəzərdə tutulub.

Sonda bir daha media qurumlarına müraciət edərək xahiş edirik ki, yalnız dəqiqləşdirilmiş məlumatları yaysınlar. Bu ərazidə 3 qurumun nümayəndələrindən ibarət xüsusi komissiya fəaliyyət göstərir və hər bir bina ilə bağlı birgə rəy verilir”, – deyə məlumatda qeyd olunub.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında Türkiyənin Respublika Günü münasibətilə paylaşım edib.

Ən son

GÜNDƏM

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsinə verilmiş "Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurasının növbəti iclası

GÜNDƏM

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsinə verilmiş "Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurasının növbəti iclası
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin