Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/06/2025

Paylaşın

GÜNDƏM

“Sovetski”də söküntü tarixi binalara zərər verilmədən aparılır – RƏSMİ

“Sovetski”, Sovetski, Yasamal rayonu

Son günlər sosial şəbəkələrdə bəzi şəxslər tərəfindən Bakının Yasamal rayonunda, “Sovetski” adlanan ərazidə guya arxitektur binaların sökülməsi ilə bağlı əsassız məlumatlar paylaşılır. Bu cür paylaşımlar ictimaiyyəti çaşdırmaq və süni narazılıq yaratmaq məqsədi daşıyır.

Baki-baku.az Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, “Sovetski” ərazisində ümumilikdə 150-yə yaxın tarixi bina qorunub saxlanılır. Bu işlərin gedişinə nəzarət etmək üçün bir neçə dövlət qurumunun nümayəndələrinin iştirakı ilə xüsusi Komissiya da yaradılıb.

Komissiya tərəfindən ərazidəki bütün arxitektur binaların tam siyahısı hazırlanıb. Hazırda yalnız istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan tikililərin söküntüsü həyata keçirilir. Bu proses tarixi binalara zərər yetirilmədən aparılır.

Qəzalı binaların söküntüsü başa çatdıqdan sonra isə ərazidə yerləşən arxitektur tikililərin bərpası, restavrasiyası və özüllərin bərkidilməsi işlərinin görülməsi planlaşdırılır.

Bir daha qeyd edirik ki, söküntü yalnız təhlükəli və yararsız vəziyyətdə olan binalara şamil olunur. Ərazidə yaşayan sakinlərə isə bazar dəyərinə uyğun kompensasiya ödənilir.

“Sovetski”də aparılan bütün proseslər qanun çərçivəsində və xüsusi Komissiyanın nəzarəti altında həyata keçirilir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, konfrans çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə “Türk Dünyasının Mədəni İrsi –

Ən son

GÜNDƏM

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi 9 sentyabr saat 14:30-da Rus Dram Teatrında keçiriləcək.

GÜNDƏM

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi 9 sentyabr saat 14:30-da Rus Dram Teatrında keçiriləcək.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin