Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/29/2025

Paylaşın

GÜNDƏM

“Sovetski”də 127 tarixi bina qorunub saxlanılacaq

"Sovetski", Rəşid Ağayev

“Sovetski” ərazisində təkcə dövlət reystrindən keçmiş tarixi memarlıq abidələri deyil, hətta tarixi memarlıq abidəsi reystrindən keçməmiş lakin gözəl görünüşlü ümumilikdə 127 tarixi binanın qorunub saxlanılması planlaşdırılır.

Baki-baku.az xəbər verir ki, bunu Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) aparatının şöbə müdiri Rəşid Ağayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Təzə Pir məscidinin ətrafında gedən söküntülərlə bağlı yayılan neqativ yazılar həqiqəti əks etdirmir:

“Bu ərazidə 73 dövlət reystrindən keçmiş tarixi memarlıq abidəsi, 54 ədəd isə tarixi memarlıq abidəsi reystrindən keçməmiş lakin gözəl görünüşlü tarixi binalar qorunacaq”.

Qeyd edək ki, BŞİH-nin yaydığı məlumata görə, “Sovetski”də rəsmi dövlət reyestrində olan heç bir tarixi bina, o cümlədən tarixi əhəmiyyət kəsb edən digər binaların söküntüsü nəzərdə tutulmayıb. Bildirilib ki, hazırda bu ərazidə yalnız qəzalı vəziyyətdə olan, istismar müddətini başa çatdırmış binaların söküntüsü həyata keçirilir. Mirzə Fətəli küçəsi 31 ünvanında yerləşən tarixi binaya gəlincə, söküntü sözügedən binada deyil ona bitişik olan qəzalı binada həyata keçirilib.

Söküntü işləri başa çatdırıldıqdan sonra bu binanın əsaslı bərpası nəzərdə tutulub. Bu ərazidə 3 qurumun nümayəndələrindən ibarət xüsusi komissiya fəaliyyət göstərir və hər bir bina ilə bağlı birgə rəy verilir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər verdiyimiz kimi mart ayının 27-si səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları,

Ən son

GÜNDƏM

Baki-baku.az-a sakinlər tərəfindən daxil olan şikayətə görə, kəndin bir çox ərazilərində böyük gölməçələr yaranıb və

GÜNDƏM

Baki-baku.az-a sakinlər tərəfindən daxil olan şikayətə görə, kəndin bir çox ərazilərində böyük gölməçələr yaranıb və
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin