Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/07/2025

Paylaşın

GÜNDƏM

“Sovetski”də söküntü işlərinə başlanıldı – ÖZƏL

20250806_152821

Bakının Yasamal rayonu ərazisində yerləşən, keçmiş “Sovetski” kimi tanınan ərazidə istismar müddətini başa vuran, qəzalı vəziyyətdə olan, şəhərin estetik görünüşünə xələl gətirən binaların söküntüsünə start verilib. Həm sakinlərin təhlükəsizliyi, həm də şəhərsalma baxımından əhəmiyyətli olan bu proses gələcək üçün daha səmərəli və faydalı layihələrin reallaşdırılmasına zəmin yaradır.
Baki-baku.az xəbər verir ki, Mərkəzi Parkın bu günə qədər istifadəyə verilən üç hissəsi sayəsində onun ümumi sahəsi artıq 35,4 hektara çatıb. Şəhərin mərkəzində bu qədər geniş yaşıllıq zonası yaratmaq təkcə estetik deyil, həm də ekoloji baxımdan çox böyük önəm daşıyır. Sakinlərin mədəni və rahat istirahəti üçün yaradılmış bu müasir park həm yerli əhalinin, həm də şəhərin qonaqlarının rəğbətini qazanıb.
Hazırda davam edən söküntü işləri isə Mərkəzi Parkın daha da genişləndirilməsinə, yeni yaşıllıq zolaqlarının salınmasına, bir sıra sosial-ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsinə və şəhərin ümumi görkəminin daha da abadlaşdırılmasına xidmət edir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Нереализованная мечта великого мастера ожила в скандинавских фьордах — и вдохновила весь мир…