XXI əsrdə informasiya silah kimi işlədilir. Sosial media vasitəsilə yayılan yalan xəbərlər, saxta məlumatlar və yönləndirilmiş narrativlər təkcə ictimai rəy formalaşdırmır, həm də cəmiyyətlər arasında ixtilaf yaradır. Bəs beynimiz bu oyunun hansı hissəsidir?
İnsan beyni informasiyanı emal edərkən sadələşdirməyə və sürətli nəticəyə gəlməyə meyillidir. Bu isə bizi “təsdiq meyli” (confirmation bias) deyilən psixoloji bir tələyə salır. Yəni inandığımız fikirlərlə uyğun gələn məlumatlara daha tez və daha çox inanırıq. Sosial medianın alqoritmləri də bizi daim bu “kameralarda” saxlayaraq yalnız bizimlə razı olan məlumatları göstərir.
Bundan istifadə etmək üçünsə çox vaxt manipulyasiya məqsədilə saxta xəbərlər və dezinformasiyalar yayırlar. Nəticədə insanlar düşüncələrini obyektiv faktlara deyil, emosional və tez yayılan informasiyalara əsasən formalaşdırırlar.
Nəticə olaraq, informasiya müharibəsi dövründə fərdi tənqidi düşünmə bacarığı və rəqəmsal savadlılıq həyati əhəmiyyət daşıyır. Gördüyümüz hər paylaşımı sorğulamaq və mənbələri yoxlamaq artıq sadəcə yaxşı vərdiş deyil, bu, informasiya təhlükəsizliyimiz üçün vacibdir.
Xanım Aydın