Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/02/2025

Paylaşın

TARİXİMİZ

Sosial davranışın aynası: Nitq mədəniyyətinin rolu

Nitq mədəniyyəti

Hər bir heyvanın öz dili var. Hətta həşəratlar – arılar və qarışqalarda da bir biriylə danışıb, yeməyin harada olduğun bir-birinə ötürürlər. Məməlilər isə bizim nitqimizə daha yaxın vokal məlumat ötürürlər. Məsəl üçün meymunlar digər meymunlara təhlükə barəsində səsli məlumat verirlər. Tutuquşu isə ən ağıllı alimin dediklərini birə-bir təkrarlaya bilər. Elə isə bizim dilimizi məxsusi edən nədir

Bildiyiniz kimi, homo-sapiens sosial varlıqdır. Həyatda qalmaq və çoxalmaq üçün sosial fəaliyyət, nitq əsas ünsürlərdəndir. Qadın və kişi üçün şirin harada olması və ya suyun harada axması o qədər vacib məna kəsb etmir. Bizə daha vacib və maraqlı digər icma üzvlərinin onlar barəsində düşüncələri, kimin satqın, kimin səmimi olması və ya digərlərinin şəxsi məlumatlarıdır. Nitqin formalaşması üçün isə bu öz növbəsində münbit bir şəraitdir.

İnsanlar təkamül nəticəsində müxtəlif mədəniyyət komponentlərinin cəmi kimi formalaşıblar. Mədəniyyətin ən vacib və aparıcı tərkib hissələrindən biri də nitq mədəniyyətidir. Biz nitq mədəniyyəti anlayışına danışıq mədəniyyəti ilə yanaşı, yazı mədəniyyətini də daxil edirik. Bu səbəbdən düzgün yazı qabiliyyəti qazanılmalı biliklərdən zəruri olandır. Buna əlavə olaraq nəzakətli danışıq da bizim sosial mərtəbədə hansı yerdə durmağımızı göstərir.

Bu fikri əsas götürərək oxucularımıza gündəlik həyatda istifadə ediləcək, xalqımızın milli təfəkkürünə, etnoqrafiyasına, ənənələrinə uyğun hazır nitq modelləri sıraladıq. Dilimiz bütün hallarda adamları razı salan, onlarda xoş ovqat yaradan, müsahibin fəaliyyətini istiqamətləndirən və qarşılıqlı anlaşmanı təmin edən ifadələrlə zəngindir. Adamların dünyagörüşünü, savad dərəcəsini və dilə şüurlu münasibətini bilavasitə göstərən rəngarəng ifadələri oxucularımıza təqdim edirik.

“Zəhmət olmasa”

“Xahiş edirəm”

“Təşəkkür edirəm”

“Sizə kömək etmək lazımdır?” və ya “Sizə nə kömək edə bilərəm?”

“Nə buyurursunuz?”

“Siz əziyyət çəkməyin, bunu mən edərəm”

“Buyruq olmasın”

“Sizi yormayım”

“Vaxtınız varsa”

“Üzr istəyirəm”

“İnciməyin, sizə zəhmət verəcəyəm”

“Razıyam”

“Etirazım yoxdur”

“Minnətdaram”

“Məmnuniyyətlə”

“Baş üstə” və ya “Gözüm üstə”

“Şad olaram”

“Bir qədər səbirli olun”, “Tələsməyin”

“Bir qədər səmimi olun”, “Səhvinizi etiraf etməkdən çəkinməyin”

“Sizdən bu hərəkəti gözləməzdim”

“Xoş gəlmisiniz”, “Həmişə siz gələsiniz”, “Qədəmləriniz mübarək”

“Sizə zəhmət verdim”, “Əziyyət çəkdiniz”

“Ürəyincə ömür sürəsən”

“Bunları nəzərə alsanız, yaxşı olar”

“Çalışın müsahibinizi axıra qədər dinləyə biləsiniz”

“Fikrimi sizə çatdıra bildimmi?”

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Глаза человека постоянно совершают небольшие движения — саккады, даже если человек кажется, что смотрит в одну точку

Ən son

HƏR ŞEYDƏN

Sakit okeanın qoynunda yerləşən Reşerş arxipelaqının Midl-Aylend adasında təbiətin ən sirli möcüzələrindən biri olan Hillier

HƏR ŞEYDƏN

Sakit okeanın qoynunda yerləşən Reşerş arxipelaqının Midl-Aylend adasında təbiətin ən sirli möcüzələrindən biri olan Hillier
Facebook
X (Twitter)
LinkedIn
Email