Son beş gün ərzində region avtovağzallarından paytaxta 2847 reyslə 25790 sərnişin daşınıb.
Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, bölgələrdən paytaxta sərnişin axınının çox olduğu nəzərə alınaraq, vətəndaşlara biletlərini əvvəlcədən “biletim.az” portalından onlayn qaydada əldə etmələri tövsiyə olunur.
Hazırda portala 80 istiqamət, 51 məntəqə, 311 reys olmaqla, 357 nəqliyyat vasitəsi qoşulub.
Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.