Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/24/2025

Paylaşın

GÜNDƏM

Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Zəfər parkında olub

Somali xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali iyulun 24-də Bakıdakı Zəfər parkını ziyarət edib.
Baki-baku.az xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.
Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.
Qeyd olundu ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.
Xatırladaq ki, 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə parkın açılışı olub.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az bildirir ki, əfsanəyə görə, hər şey XIX əsrdə başlayıb