Nəşr edilmişdir 05/29/2025

Paylaşın

GÜNDƏM

“Solğun çiçəklər”in premyerası keçiriləcək

7 iyun, saat 19:00-da Azərbaycan Milli Gənc Tamaşaçılar Teatrının “Artstudiya” teatr studiyasında birhissəli mistik faciə janrında hazırlanan “Solğun çiçəklər” tamaşasının premyerası olacaq.
Baki-baku.az xəbər verir ki, tamaşanın bədii rəhbəri Əməkdar artist Nicat Kazımov, quruluşçu rejissoru Səbinə Məmmədzadə, quruluşçu rəssamları Elmira Üzeyirova, Təhminə Sadıqova, bəstəkarı isə Emil Elmanoğludur.

Səhnə əsərində Əməkdar artist Leyli Vəliyeva, aktyorlar Ədalət Əbdülsəməd, Aygün Fətullayeva və Ümman Budaqov iştirak edirlər.

Qeyd edək ki, Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri Saranın əmisi oğluna olan saf məhəbbətindən və Saranın analığı Gülnisənin, bacısı Pərinin ona qarşı olan amansızlığından, ögey münasibətindən bəhs edir. Şəxsi maraqları naminə əmisioğlu Bəhram tərəfindən atılan Saranın gələcəyə dair ən gözəl ümidləri də puça çıxır.

“Solğun çiçəklər”, Solğun çiçəklər, Cəfər Cabbarlı, Azərbaycan Milli Gənc Tamaşaçılar Teatrı

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.

Ən son

GÜNDƏM

Bu tarix Azərbaycan Respublikasının müstəqil hüquq-mühafizə orqanlarının formalaşmasının başlanğıcı oldu.

GÜNDƏM

Bu tarix Azərbaycan Respublikasının müstəqil hüquq-mühafizə orqanlarının formalaşmasının başlanğıcı oldu.