Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/22/2025

Paylaşın

GÜNDƏM

Sökülən məşhur mehmanxananın yeni görüntüsü belə olacaq – EKSKLÜZİV

0EED0017-7C31-463F-B3CA-E7A6ACAA9296

Bakının İzmir və Abbasqulu ağa Bakıxanov küçələrinin kəsişməsində, “Hyatt Regency” kompleksinin ərazisində yerləşən “Naxçıvan” mehmanxanası tamamilə söküləcək və yaxın vaxtlarda ərazidə yeni, müasir tələblərə cavab verən binanın inşasına başlanacaq.
Baki-baku.az-ın əldə etdiyi məlumata görə, söküntü qərarının əsas səbəblərindən biri binanın qəzalı vəziyyətdə olmasıdır. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin müvafiq yazılı rəyi də var və rəydə yekun olaraq binanın istismara tam yararsız olduğu qeyd olunur. Həmçinin mövcud bina 4-5 ballıq zəlzələ üçün nəzərdə tutulmuşdu.
Bundan əlavə sökülmə səbəblərindən biri də binanın müasir standartlara cavab verməməsidir. Xüsusilə, pəncərə ölçülərinin kiçik olması və otaqlara gün işığının yetərincə daxil olmaması otelin funksionallığını məhdudlaşdırır.
Yeni layihəyə əsasən, bina əvvəlki hündürlükdə, lakin tamamilə yenilənmiş formada inşa ediləcək. Əldə edilən fotodan da göründüyü kimi, birinci mərtəbədə kommersiya obyektləri və geniş vitrin şüşələri nəzərdə tutulub.
Qeyd edək ki, yeni tikiləcək bina şəhərin ümumi strukturuna və hotelin müvafiq arxitekturasına uyğun inşa ediləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Formula-1 üzrə "Azərbaycan Qran Pri" yarışları ilə əlaqədar sentyabrın 15-dən paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin